Xəstəyə əsassız dərman yazan həkimi HANSI CƏZA GÖZLƏYİR?
04 Noyabr 2026, 23:17
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
295
04.09.2026, 15:50
Ürək-damar xəstəlikləri dünyada ən çox rast gəlinən sağlamlıq problemləri sırasında yer alır. Bəzi hallarda heç bir ciddi əlamət yaratmadan inkişaf edən bu xəstəliklər vaxtında müəyyən edilmədikdə infarkt və insult kimi ağır fəsadlara səbəb ola bilər.
Oxu24.com xəbər verir ki,ürək-damar sistemi ilə bağlı riskləri əvvəlcədən qiymətləndirmək üçün yalnız tibbi müayinələr deyil, ev şəraitində aparılan bəzi sadə ölçmələr də faydalı ola bilər. Xüsusilə arterial təzyiq, bel çevrəsi və bədən kütlə indeksinə diqqət yetirmək vacibdir.
Arterial təzyiq
Evdə mütəmadi olaraq arterial təzyiqi ölçmək ürək-damar sağlamlığı barədə ilkin təsəvvür yarada bilər.
Təzyiq göstəricilərinin təkrar ölçmələr zamanı yüksək olması risk faktorlarından biri hesab olunur. Xüsusilə 140/80 mm civə sütunu və daha yüksək nəticələr müşahidə edilərsə, bu hal diqqətdən kənarda saxlanılmamalı və həkimlə məsləhətləşmək lazımdır.
Bel çevrəsi
Artıq qarın piylənməsi də ürək-damar xəstəlikləri üçün risk yaradan amillərdən biridir.
Bel çevrəsinin qadınlarda 88 santimetrdən, kişilərdə isə 102 santimetrdən çox olması əlavə risk göstəricisi kimi qiymətləndirilə bilər.
Ölçmə zamanı lent ölçüsünü qarın nahiyəsinin ən uyğun səviyyəsində yerləşdirərək nəticəni santimetrlə müəyyən etmək mümkündür.
Bədən kütlə indeksi
Ürək-damar riskini qiymətləndirərkən bədən kütlə indeksinə (BKİ) də diqqət yetirilir.
BKİ-ni hesablamaq üçün çəki boyun metrlə ifadə olunan kvadratına bölünür.
Ümumilikdə BKİ-nin 25-dən yuxarı olması artıq çəki, 30-dan yuxarı olması isə piylənmə kimi qiymətləndirilir.
Bu göstəricilər ürək-damar xəstəlikləri üçün riskin müəyyənləşdirilməsində köməkçi məlumat verə bilər. Lakin yalnız evdə aparılan ölçmələr əsasında xəstəlik diaqnozu qoymaq mümkün deyil. Yüksək göstəricilər təkrarlandıqda və ya hər hansı narahatedici əlamət müşahidə edildikdə həkim müayinəsindən keçmək vacibdir.
Jalə
00:23 / 05 Noyabr 2026
36
00:18 / 05 Noyabr 2026
51
00:16 / 05 Noyabr 2026
110
23:48 / 04 Noyabr 2026
115
23:44 / 04 Noyabr 2026
83
23:40 / 04 Noyabr 2026
81
23:35 / 04 Noyabr 2026
81
23:33 / 04 Noyabr 2026
73
23:30 / 04 Noyabr 2026
97
23:26 / 04 Noyabr 2026
62
23:22 / 04 Noyabr 2026
94
23:17 / 04 Noyabr 2026
113
23:14 / 04 Noyabr 2026
71
23:12 / 04 Noyabr 2026
76
23:04 / 04 Noyabr 2026
107
22:59 / 04 Noyabr 2026
147
22:51 / 04 Noyabr 2026
97
22:38 / 04 Noyabr 2026
100
22:34 / 04 Noyabr 2026
118
22:26 / 04 Noyabr 2026
104
22:22 / 04 Noyabr 2026
113
22:16 / 04 Noyabr 2026
2535
22:14 / 04 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.