Peyğəmbərin dediyi təsdiq olundu: Ayaq üstə su içmək...
11 Oktyabr 2026, 08:24
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
230
03.09.2026, 16:50
Cəmiyyətdə ziyafət və məclislərdən sonra səhhətdə yaranan ani pisləşmələr hər zaman böyük narahatlıq doğurur. Xüsusilə spirtli içki qəbul edilən günün ertəsi günü infarkt və qəfil ürək tutmalarının kəskin artması tez-tez rast gəlinən təhlükəli hallardandır. Bir çox insan içki qəbul etdiyi anlarda hiss etdiyi müvəqqəti rahatlığa aldanaraq əsl təhlükənin növbəti gün başladığının fərqinə varmır. Mütəxəssislərin fikrincə, spirtin orqanizmdən xaric olunması və parçalanması zamanı daxili orqanlar kütləvi gərginliyə məruz qalır. Qaraciyərin aşırı yüklənməsi, qanın qatılaşması və laxtalanma ehtimalının yüksəlməsi birbaşa həyati təhlükə yaradır. Oxu24.com bu mövzunun aktuallığını nəzərə alaraq spirtli içkilərin ertəsi gün ürəyə vurduğu ağır zərbənin səbəblərini araşdırıb.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən həkim-kardioloq Aynur Məmmədova məclislərdən ertəsi gün infarkt riskinin kəskin artmasının gizli səbəblərini açıqlayıb.
Kardioloq bildirib ki, spirtli içki qəbul olunduğu ilk saatlarda damarları genişləndirdiyi üçün insan özünü yaxşı və gürbüz hiss edir, lakin əsl fəsadlar təxminən bir sutka sonra ortaya çıxır:
"Spirt qaraciyərdə parçalanarkən sanki 'yanma prosesi' başlayır və qaraciyər həddindən artıq yüklənir. Bu vaxt qan qatılaşır və tromboz (qan laxtalanması) riski kəskin yüksəlir”.
O qeyd edib ki, yəni təsadüfi deyil ki, çox vaxt spirtli məclisdən bir gün sonra ağır ürək tutmaları müşahidə olunur.
“Növündən asılı olmayaraq bütün spirtli içkilər qaraciyəri yükləyir və infarkt riskini artırır, buna görə də onları rasiondan tamamilə çıxarmaq lazımdır”,- deyə Aynur Məmmədova qeyd edib.
Çimnaz Ağayeva
23:44 / 14 Oktyabr 2026
5
23:39 / 14 Oktyabr 2026
27
23:36 / 14 Oktyabr 2026
39
23:28 / 14 Oktyabr 2026
99
23:24 / 14 Oktyabr 2026
45
23:20 / 14 Oktyabr 2026
83
22:57 / 14 Oktyabr 2026
72
22:50 / 14 Oktyabr 2026
55
22:42 / 14 Oktyabr 2026
83
22:34 / 14 Oktyabr 2026
70
22:31 / 14 Oktyabr 2026
1183
22:28 / 14 Oktyabr 2026
69
22:25 / 14 Oktyabr 2026
90
22:18 / 14 Oktyabr 2026
80
22:13 / 14 Oktyabr 2026
72
22:00 / 14 Oktyabr 2026
79
21:46 / 14 Oktyabr 2026
85
21:38 / 14 Oktyabr 2026
550
21:38 / 14 Oktyabr 2026
84
21:34 / 14 Oktyabr 2026
88
21:28 / 14 Oktyabr 2026
85
21:25 / 14 Oktyabr 2026
75
21:19 / 14 Oktyabr 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.