Peyğəmbərin dediyi təsdiq olundu: Ayaq üstə su içmək...
11 Oktyabr 2026, 08:24
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
223
03.09.2026, 15:55
Uşaqların sağlamlığı və qan analizindəki dəyişikliklər valideynləri ən çox narahat edən məsələlərdən biridir. Xüsusilə müayinələr zamanı qanda "ağ qan" hüceyrələrinin, yəni leykositlərin normadan artıq çıxması tez-tez təşvişə səbəb olur. Bir çox hallarda bu göstəricinin yüksəlməsi orqanizmdəki adi infeksiyalarla bağlı olsa da, bəzən daha təhlükəli fəsadların xəbərçisi ola bilər. Mütəxəssislərin fikrincə, leykositlərin kəskin artması bəzən orqanizmdə gizli inkişaf edən ağır qan xəstəliklərindən xəbər verir. Bəs uşaqlarda ağ qanın norması nə qədər olmalıdır və hansı göstəricilər zamanı dərhal həkimə müraciət edilməlidir? Mövzu ilə bağlı tibb mütəxəssisi valideynlərə vacib xəbərdarlıq edərək məsələnin ciddiliyini diqqətə çatdırıb.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən pediatr-hematoloq Dr. Mirəldar Babayev uşaqlarda qan göstəricilərinin norma və kənarlaşmaları haqqında ətraflı məlumat verib:
"Əgər uşaqda 'ağ qan' çox olarsa, bu nə deməkdir? Əlbəttə ki, tibbi dildə 'ağ qan' dedikdə leykositlər nəzərdə tutulur. Leykositlərin normada miqdarı 5000 ilə 9000 arası olmalıdır. Bu göstəricidən artıq olması əlbəttə ki, xoşagələn hal deyil və valideynləri diqqətli olmağa sövq etməlidir”.
Həkimin sözlərinə görə, məsələn, leykositlərin sayı 12 000 və ya 15 000 həddinə qədər qalxıbsa, bu, orqanizmdə gedən müəyyən infeksion proseslərlə bağlı ola bilər. Lakin göstəricilər daha yüksək rəqəmlərə qalxdıqda və bununla yanaşı digər qan göstəricilərinin də strukturu dəyişdikdə, bu artıq çox qorxulu qan xəstəliyindən xəbər verir.
“Əslində baxsanız, qan xərçəngini (leykemiyanı) ilk növbədə elə qan analizində aşkar edirik və onun ilkin laborator simptomlarından biri də məhz leykositlərin bu cür kəskin dəyişməsidir",- deyə həkim qeyd edib.
Jalə
00:30 / 14 Oktyabr 2026
489
00:28 / 14 Oktyabr 2026
370
00:11 / 14 Oktyabr 2026
326
00:09 / 14 Oktyabr 2026
110
23:55 / 13 Oktyabr 2026
244
23:55 / 13 Oktyabr 2026
99
23:55 / 13 Oktyabr 2026
114
23:54 / 13 Oktyabr 2026
115
23:43 / 13 Oktyabr 2026
100
23:41 / 13 Oktyabr 2026
142
23:33 / 13 Oktyabr 2026
96
23:24 / 13 Oktyabr 2026
526
23:15 / 13 Oktyabr 2026
174
23:02 / 13 Oktyabr 2026
281
22:57 / 13 Oktyabr 2026
122
22:49 / 13 Oktyabr 2026
250
22:47 / 13 Oktyabr 2026
142
22:43 / 13 Oktyabr 2026
113
22:25 / 13 Oktyabr 2026
798
22:19 / 13 Oktyabr 2026
514
22:18 / 13 Oktyabr 2026
104
22:10 / 13 Oktyabr 2026
399
22:02 / 13 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.