Bu ay pensiya gözləyənlərə RƏSMİ XƏBƏR
12 Noyabr 2026, 13:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
321
12.09.2026, 22:35
Bu gün doğum gününü qutladığımız Rüstəm Behrudi ilə tanış olanda onun 23 yaşı vardı.
Mən “Yazıçı” nəşriyyatının baş redaktoru idim. “Naxçıvandan bir nəfər görüşünüzə gəlib” -dedilər. Görüşdük. “ Gəncə qapısı” adlı şeir kitabımın çox oxunan vaxtı idi. Naxçıvan gəncləri mənə, hədiyyə olaraq, dəmir üzərində döymə göndərmişdilər. Tikanlı məftillərin arasında qıvrılan Araz, bu məftilləri qırıb sərhəddə sancılan qılınc və çayın üstündən Güneylə Quzey arasında körpüyə dönmüş “ Gəncə qapısı”. kitabı. Adamı duyğulandıran, gözəl sənət əsəriydi. Sonra Rüstəm mənə 6-7 şeir verib “xahiş edirəm, bu yazıları oxuyub fikrinizi bildirəsiniz; görüm mən şairəm, yoxsa yox”. Mən şeirləri sona kimi oxuyub ona baxdım və ciddi şəkildə “sən şair deyilsən.”- dedim. Rənginin ağardığını görüb əlavə etdim “sən böyük şairsən!” Bunu şeirlərin ruhuna görə demişdim. Sonra onu Bakıya dəvət etdim və uzun müddət bir yerdə çalışdıq. Şeir məclislərinə və meydanlara bir yerdə çıxdıq. Sevinirəm ki, 46 il öncə Rüstəm Behrudinin şeirlərinə verdiyim qiymətdə yanılmamışam. O. Araz sahillərindən Tanrı dağlarına doğru yüksələn, türklük sevdası ilə dolu bir yolun yorulmaz yolçusudur və poetik səsi Azərbaycandan çox-çox uzaqlarda eşidilir. Əzizim Rüstəm, yeddinci onilliyin astanasında olduğun bu günlərdə mən hələ də səni gənc hesab edir, sənə gənc dostum kimi baxıram. Bu, ruhundakı və sözündəki gənclik enerjisinin göstəricisidir. Bu enerjini itirmə! Doğum gününü ürəkdən təbrik edirəm.
Sabir Rüstəmxanlı
12.09.2026
13:36 / 12 Noyabr 2026
1
13:29 / 12 Noyabr 2026
34
13:21 / 12 Noyabr 2026
52
13:20 / 12 Noyabr 2026
47
13:18 / 12 Noyabr 2026
162
13:16 / 12 Noyabr 2026
77
13:07 / 12 Noyabr 2026
212
13:04 / 12 Noyabr 2026
61
13:00 / 12 Noyabr 2026
62
12:40 / 12 Noyabr 2026
63
12:25 / 12 Noyabr 2026
98
12:05 / 12 Noyabr 2026
97
11:55 / 12 Noyabr 2026
102
11:50 / 12 Noyabr 2026
118
11:36 / 12 Noyabr 2026
93
11:35 / 12 Noyabr 2026
102
11:34 / 12 Noyabr 2026
153
11:31 / 12 Noyabr 2026
98
11:24 / 12 Noyabr 2026
483
11:21 / 12 Noyabr 2026
94
11:19 / 12 Noyabr 2026
220
11:05 / 12 Noyabr 2026
99
11:00 / 12 Noyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.