Xəzər dənizində naməlum varlıq görüldü - VİDEO
10 Noyabr 2026, 23:17
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
2400
13.09.2026, 00:14
Kanatın qırılması nəticəsində iki nəfərin həlak olduğu hadisənin detalları məlum olub.
Oxu24.com xəbər verir ki, bir neçə gün əvvəl Şəkidə, "Şəki Yaylası" İstirahət Mərkəzində baş verən bədbəxt hadisə nəticəsində iki nəfər həyatını itirib. Vəfat edən Qax rayon sakini, 30 yaşlı Coşqun Məmmədovun yaxınları "Xəzər" TV-yə danışıblar.
Mərhumun dayısı İftixar Saadovun sözlərinə görə, hadisə barədə ilk məlumat ona verilib və hadisə yerinə ilk olaraq özü çatıb:
"Birinci getdim, gördüm bir nəfər betonun üzərində uzanıb. Baxdım ki, bu, Coşquna oxşamır. Çəkisi elə eyni çəkidə idi, boyu bir az qısa idi. Üzünü açdım, baxdım, gördüm saqqallıdır. Coşqunun saqqalı yox idi.
Orada dedilər ki, o biri meyit digər tərəfdədir. Gördüm, bir dənə böyük fıstıq ağacıdır. Onun altında uzanmışdı, üstü yaşıl yarpaqlarla örtülmüşdü. Boynu da əyilmiş, sallanmış vəziyyətdə idi. İstədiyi qız da yanında idi".
Mərhumun dayısı bildirib ki, meyitlər bir-birindən 200-300 metr aralı olub:
"Yaxınlaşıb soruşdum ki, nə məsələdir, niyə belə olub? Dedilər ki, tros amortizasiya edib, rolik yerindən çıxıb. Soruşdum ki, niyə ikisi bir yerdə idi, niyə o qədər ağır idi? Dedilər ki, rolik 240 kiloqram çəkiyə davamlıdır. Bunların da ikisinin birlikdə çəkisi 240 kiloqram olardı.
Məlum məsələdir ki, onların ikisi də eyni zamanda xəttə çıxıblar. Biri gedib çatmalı idi, o biri isə çıxmalı. Amma bu, çatmayıb".
İftixar Saadov hadisənin ağırlıq səbəbindən baş verdiyini iddia edir.
19:36 / 12 Noyabr 2026
8
19:31 / 12 Noyabr 2026
19
19:19 / 12 Noyabr 2026
48
19:15 / 12 Noyabr 2026
50
19:09 / 12 Noyabr 2026
47
19:03 / 12 Noyabr 2026
54
18:58 / 12 Noyabr 2026
63
18:50 / 12 Noyabr 2026
64
18:42 / 12 Noyabr 2026
682
18:40 / 12 Noyabr 2026
67
18:32 / 12 Noyabr 2026
291
18:28 / 12 Noyabr 2026
70
18:26 / 12 Noyabr 2026
89
18:16 / 12 Noyabr 2026
104
18:15 / 12 Noyabr 2026
88
18:07 / 12 Noyabr 2026
95
17:53 / 12 Noyabr 2026
91
17:19 / 12 Noyabr 2026
101
16:25 / 12 Noyabr 2026
111
16:21 / 12 Noyabr 2026
128
15:55 / 12 Noyabr 2026
153
15:36 / 12 Noyabr 2026
585
15:15 / 12 Noyabr 2026
211
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.