Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
12 Noyabr 2026, 13:55
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
407
13.09.2026, 10:29
Yaxın vaxtlarda Rusiya yeni təxribat və ya hərbi əməliyyata əl ata bilər. Potensial istiqamətlər arasında Finlandiya, Baltikyanı ölkələr, Norveçin şimalı, Moldova və Ukrayna ola bilər.
Oxu24.com xəbər verir ki, bunu ABŞ ordusunun istefada olan generalı, NATO Birləşmiş Silahlı Qüvvələrinin Avropadakı keçmiş komandanı Uesli Klark deyib.
O vurğulayıb ki, hazırkı dövr NATO və ABŞ üçün son dərəcə ciddi mərhələdir. Xüsusilə, NATO üzvü olan dövlətə hücum ediləcəyi təqdirdə Vaşinqton buna reaksiya verməyə borcludur:
“ABŞ-ın NATO çərçivəsində iştirak etmək və NATO üzvü olan ölkəyə qarşı hər hansı hücuma lazımi şəkildə cavab vermək hüquqi öhdəliyi var. ABŞ-ın həmçinin Ukraynanın sərhədlərini və ərazi bütövlüyünü dəstəkləmək və qorumaqla bağlı mənəvi, yazılı şəkildə rəsmiləşdirilməmiş öhdəliyi də var”.
Onun fikrincə, artıq yaxın vaxtlarda bu öhdəliklər ciddi sınağa çəkilə bilər:
“Düşünürəm ki, yaxın dövrdə öhdəliklərimiz sınaqdan keçiriləcək. Görünür, Putin hansısa “sürpriz” hazırlayır. Bu, sentyabrın sonunda, oktyabrda və ya daha sonra baş verə bilər”.
General Rusiyanın vəziyyəti gərginləşdirməyə cəhd göstərə biləcəyi bir neçə mümkün istiqaməti də sadalayıb:
“Bu, Norveçə qarşı ola bilər. Norveçin şimal sərhədləri yaxınlığında Rusiyanın əhəmiyyətli hərbi aktivliyi müşahidə olunur. Bu, Finlandiyaya və ya Baltikyanı ölkələrə qarşı ola bilər. Kalininqradı Belarusla birləşdirmək cəhdi ola bilər. Dnestryanı bölgədə, Moldovada və ya yenidən Ukraynada hansısa addım atıla bilər”.(Axar.az)
19:49 / 12 Noyabr 2026
1
19:36 / 12 Noyabr 2026
44
19:31 / 12 Noyabr 2026
50
19:19 / 12 Noyabr 2026
58
19:15 / 12 Noyabr 2026
57
19:09 / 12 Noyabr 2026
53
19:03 / 12 Noyabr 2026
59
18:58 / 12 Noyabr 2026
69
18:50 / 12 Noyabr 2026
67
18:42 / 12 Noyabr 2026
743
18:40 / 12 Noyabr 2026
69
18:32 / 12 Noyabr 2026
315
18:28 / 12 Noyabr 2026
74
18:26 / 12 Noyabr 2026
92
18:16 / 12 Noyabr 2026
105
18:15 / 12 Noyabr 2026
95
18:07 / 12 Noyabr 2026
99
17:53 / 12 Noyabr 2026
95
17:19 / 12 Noyabr 2026
105
16:25 / 12 Noyabr 2026
115
16:21 / 12 Noyabr 2026
131
15:55 / 12 Noyabr 2026
165
15:36 / 12 Noyabr 2026
599
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.