DSMF AÇIQLADI:Bu rəqəmlərdə artım olub
13 Noyabr 2026, 10:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
825
13.09.2026, 08:07
Türkiyədə övladı məktəbə yeni başlayan valideynlər üçün maraqlı bir təşəbbüs tətbiq olunur. "Uyğunlaşma həftəsi" çərçivəsində valideynlər uşağın məktəbə ilk günlərində yanında olmaq üçün gün ərzində 3 saata qədər işdən icazə ala biləcəklər. Məqsəd uşağın yeni mühitə daha rahat uyğunlaşmasına dəstək olmaqdır. Azərbaycanda isə 15 sentyabrda sinif otağında valideynlərin iştirakına 1 saatlıq icazə verildiyi deyilir. İddialara görə, bu da sadəcə ağlayan, ana-atasını istəyən uşaqlara şamil edilir.
Türkiyənin bu modeli ölkəmizdə tətbiq oluna bilər?
.
Globalinfo.az-a danışan Milli Məclisin insan hüquqları komitəsinin üzvü, deputat Razi Nurullayev deyib ki, uşağın məktəbə ilk gedişi həm onun, həm də valideyn üçün kifayət qədər ciddi bir mərhələdir:
"Ona görə də bu prosesə yalnız "uşaq ağlayır, ya ağlamır" prizmasından yanaşmayaq. Türkiyədə tətbiq olunan "Uyğunlaşma həftəsi" ilə bağlı təşəbbüs maraqlı yanaşmadır. Valideynə müəyyən müddət işdən icazə verilməsi uşağın ilk günlərdə yanında olmağa və onun yeni mühitə daha rahat alışmasına imkan yaradır. Azərbaycanda isə hazırda valideynlər üçün belə imkan kifayət qədər məhduddur. Düşünürəm ki, bu məsələyə yenidən baxmaq lazımdır. Ən azı məktəbə yeni başlayan uşaqların valideynləri üçün ilk həftə ərzində müəyyən müddət işdən icazə verilməsi müzakirəyə çıxarıla bilər".
Deputat bildirib ki, burada söhbət valideynlərə əlavə imtiyaz yaratmaqdan getmir:
"Söhbət uşağın məktəb həyatına mümkün qədər rahat başlamasından gedir. Çünki bəzi uşaqlar öz narahatlığını ağlamaqla göstərir, bəziləri isə bunu ümumiyyətlə büruzə vermir. Türkiyə modelini olduğu kimi Azərbaycana gətirmək şərt deyil. Amma həmin təcrübədən yararlanaraq bizim şəraitə uyğun bir mexanizm hazırlamaq mümkündür. Əsas prinsip belə olmalıdır ki, uşağın məktəbə uyğunlaşması üçün ailəyə dəstək verilməlidir və bu, yalnız bir gün, bir saatla məhdudlaşmamalıdır".
10:50 / 13 Noyabr 2026
13
10:45 / 13 Noyabr 2026
18
10:39 / 13 Noyabr 2026
43
10:25 / 13 Noyabr 2026
73
10:22 / 13 Noyabr 2026
87
10:20 / 13 Noyabr 2026
62
10:08 / 13 Noyabr 2026
209
10:02 / 13 Noyabr 2026
70
09:51 / 13 Noyabr 2026
121
09:46 / 13 Noyabr 2026
770
09:44 / 13 Noyabr 2026
118
09:38 / 13 Noyabr 2026
96
09:34 / 13 Noyabr 2026
134
09:33 / 13 Noyabr 2026
76
09:31 / 13 Noyabr 2026
87
01:52 / 13 Noyabr 2026
296
01:49 / 13 Noyabr 2026
837
01:42 / 13 Noyabr 2026
76
00:49 / 13 Noyabr 2026
156
00:18 / 13 Noyabr 2026
148
00:17 / 13 Noyabr 2026
255
23:53 / 12 Noyabr 2026
1893
23:51 / 12 Noyabr 2026
260
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.