Camal Bağırzadə HƏBS EDİLDİ
13 Noyabr 2026, 14:24
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
348
13.09.2026, 11:46
“Meydan TV” işi ilə bağlı həbs edilən jurnalist Nurlan Qəhrəmanlı (Libre) keçmiş həyat yoldaşını məhkəməyə verib.
Oxu24.com xəbər verir ki, bu iddia ilə ictimai fəal Elmira Rəhimova çıxış edib.
“Nurlan Libre keçmiş həyat yoldaşı Əsli Əlizadəni məhkəməyə verib. O, oğlunun anasının himayəsindən alınmasını və uşaq evinə verilməsini tələb edir. Nurlan iddia edir ki, Əsli övladına baxa bilmir, psixoloji vəziyyəti yerində deyil. Məhkəmədə bildirilib ki, rəsmi şəxslər Əslinin kirayə yaşadığı evə baxış keçirəcəklər”, - o sosial şəbəkə hesabında yazıb.
E.Rəhimovanın sözlərinə görə, Nurlan Libre və Ə.Əlizadə bir neçə ay əvvəl boşanmağa qərar veriblər: “Bugünədək azyaşlı övladı Əslinin himayəsində qalıb. Əsli özü həm işləyib, həm övladını baxıb, həm də Nurlan üçün həbsxanaya yardımlar göndərib. Nurlan isə hələ evli ola-ola özünə təzə sevgili tapıb. Həbsxanadan ailəsinə, övladına yox, təzə sevgilisinə məktublar göndərib. Buna baxmayaraq, uşağının xətrinə Əsli Nurlana təminat məsələsində dəstək olmağa çalışıb”.
“İki aydır ki, Əsli işindən ayrılıb və hazırda əlavə gəlir yeri də yoxdur. Buna görə də Nurlana dəstək məsələlərində yer ala bilmir. Belə bir məqamda Nurlan isə Əsliyə qarşı əsassız ittihamlar irəli sürür. Onu övladı ilə sınağa çəkir.
Bütün problemlərin içərisində təkbaşına uşaq böyüdən, işləyən, üstəlik həbsxanadakı keçmiş ərini saxlayan bir qadını övladı ilə sınağa çəkmək vicdansızlıqdır. Hansı uşaq evi anadan yaxşı baxa bilər övladına?!”, - o qeyd edib.
14:50 / 13 Noyabr 2026
1
14:46 / 13 Noyabr 2026
23
14:33 / 13 Noyabr 2026
50
14:24 / 13 Noyabr 2026
200
14:17 / 13 Noyabr 2026
273
14:12 / 13 Noyabr 2026
59
14:05 / 13 Noyabr 2026
121
14:00 / 13 Noyabr 2026
76
13:43 / 13 Noyabr 2026
140
13:41 / 13 Noyabr 2026
74
13:20 / 13 Noyabr 2026
77
13:05 / 13 Noyabr 2026
170
12:57 / 13 Noyabr 2026
118
12:45 / 13 Noyabr 2026
115
12:32 / 13 Noyabr 2026
152
12:20 / 13 Noyabr 2026
101
12:17 / 13 Noyabr 2026
99
12:08 / 13 Noyabr 2026
709
11:55 / 13 Noyabr 2026
116
11:45 / 13 Noyabr 2026
189
11:40 / 13 Noyabr 2026
111
11:21 / 13 Noyabr 2026
362
11:15 / 13 Noyabr 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.