400 manatdan 1 000 manata qaldırılır — 2027-ci ildən TƏTBİQ OLUNACAQ
10 Noyabr 2026, 13:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
113
10.11.2026, 13:38
Son günlər Azərbaycanın bir sıra bölgələrində qar yağması, havanın temperaturunun aşağı düşməsi qış fəslinin gəlişini xatırladır. Bölgələrdə müşahidə olunan bu hava şəraiti paytaxt Bakıda da qar yağıb-yağmayacağı ilə bağlı marağı artırıb.
Yaxın günlərdə Bakıda qar gözlənilirmi?
Oxu24.com xəbər verir ki, globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, noyabr ayında bir çox dağlıq ərazilərdə qar yağması xarakterik haldır:
“Azərbaycanın, xüsusilə də Yan silsilə və Baş Qafqaz sıra dağlarının ərazilərində sentyabrın ortalarından, hətta bəzən avqustun sonlarından qar yağması müşahidə olunur. Buna görə də hazırkı hava şəraitində qeyri-adi heç nə yoxdur.
Hazırda Azərbaycan ərazisində yüksək atmosfer təzyiqinin müşahidə olunması antisiklon təsirinə işarədir. Bununla yanaşı, atmosferdə tez-tez müşahidə olunan siklon və antisiklonların təsiri, eləcə də Azərbaycana daxil olan arktik hava kütlələri havanın temperaturunun aşağı düşməsinə səbəb olur”.
Ekspert bildirib ki, hazırkı soyuq hava şəraitinə və dağlıq ərazilərdə qar yağmasına baxmayaraq, yaxın günlərdə Bakıda qar gözlənilmir:
“Hərçənd bəzi illərdə, məsələn, 2012-ci il yanvarın 1-də Bakıya qar yağıb. Yenə deyirəm, burada qeyri-adi, fövqəladə təbii hadisə yoxdur. Xüsusilə nəzərə alaq ki, bütün dünya iqlim təlatümlərinin yaşandığı bir dövrdən keçir. Əhalinin təşvişə düşməsi üçün heç bir əsas yoxdur. Görürsünüz, bu gün gün çıxıb. İndi nə deyək, yaydır, yay gəldi? Payızın şıltaqlıqları hələ təxminən bir ay yarım davam edəcək”.
13:44 / 10 Noyabr 2026
1
13:26 / 10 Noyabr 2026
146
13:24 / 10 Noyabr 2026
67
13:20 / 10 Noyabr 2026
134
13:05 / 10 Noyabr 2026
101
13:00 / 10 Noyabr 2026
101
12:37 / 10 Noyabr 2026
241
12:31 / 10 Noyabr 2026
97
12:21 / 10 Noyabr 2026
400
12:18 / 10 Noyabr 2026
114
12:04 / 10 Noyabr 2026
116
12:00 / 10 Noyabr 2026
277
11:45 / 10 Noyabr 2026
2060
11:42 / 10 Noyabr 2026
99
11:39 / 10 Noyabr 2026
120
11:28 / 10 Noyabr 2026
118
11:16 / 10 Noyabr 2026
211
11:04 / 10 Noyabr 2026
121
10:45 / 10 Noyabr 2026
135
10:39 / 10 Noyabr 2026
915
10:32 / 10 Noyabr 2026
118
10:28 / 10 Noyabr 2026
179
10:21 / 10 Noyabr 2026
221
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.