Qaynar xətt:

(+99450) 247 90 86

Cevdet Yılmaz COP31-də Azərbaycan pavilyonunu ziyarət edib 

Cevdet Yılmaz COP31-də Azərbaycan pavilyonunu ziyarət edib 

SİYASƏT

52

10.11.2026, 13:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Antalyada keçirilən COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunu ziyarət edib.

Oxu24.com-un məlumatına görə, vitse-prezident pavilyonla tanış olub, həmçinin Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşüb.

Görüşdə Azərbaycan-Türkiyə münasibətləri, iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

C.Yılmaz Türkiyənin COP31-ə hazırlıq prosesində Azərbaycanın COP29-un təşkili zamanı qazandığı təcrübədən yararlanmasının əhəmiyyətini vurğulayıb və bu sahədə göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

O, Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmazlığını qeyd edərək, əlaqələrin gələcəkdə daha da möhkəmlənməsini və inkişaf etməsini arzulayıb.

Report