COVID-19 pandemiyası yeniyetmələri qocaldıb - Araşdırma
10 Noyabr 2026, 21:12
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
587
11.06.2026, 17:00
Evlilik yalnız iki insanın birləşməsi deyil, həm də iki fərdin sağlamlıq baxımından bir-birinə uyğunluğunun qiymətləndirildiyi mühüm sosial və tibbi prosesdir. Müasir tibbdə evlilikdən əvvəl aparılan müayinələr gələcəkdə yarana biləcək bir çox problemlərin qarşısını almaq üçün əsas profilaktik vasitə hesab olunur.
Tibb üzrə fəlsəfə doktoru, uroloq-androloq Cavid Baloğlanov Oxu24.com-a açıqlamasında bildirib ki, evlilik öncəsi tibbi yoxlamalar həm fərdi sağlamlığın qiymətləndirilməsi, həm də gələcək ailənin sağlam təməl üzərində qurulması baxımından xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, ilk mərhələdə ümumi sağlamlıq vəziyyətinin dəyərləndirilməsi aparılmalıdır. Bu zaman qan qrupu və rezus faktorunun müəyyən edilməsi, ümumi qan analizi və sidik analizi kimi əsas laborator göstəricilər yoxlanılır. Bu müayinələr orqanizmdə gizli gedən iltihabi prosesləri, qanazlığını və digər ümumi pozğunluqları vaxtında üzə çıxarmağa imkan verir.
Mütəxəssis qeyd edir ki, ikinci vacib mərhələ infeksion xəstəliklərin araşdırılmasıdır. Buraya cinsi yolla keçən infeksiyalar, hepatit B və C, insan immunçatışmazlığı virusu (HİV) və sifilis kimi ciddi xəstəliklər daxildir. Bu infeksiyaların vaxtında aşkarlanması həm fərdin öz sağlamlığını qoruması, həm də gələcək ailə üzvlərinin yoluxma riskinin qarşısının alınması baxımından mühüm rol oynayır.
Cavid Baloğlanov bildirir ki, üçüncü mərhələ reproduktiv sağlamlığın qiymətləndirilməsidir. Qadınlarda ginekoloji müayinə və ümumi ginekoloji check-up, kişilərdə isə androloji müayinə aparılması vacibdir. Bundan əlavə, hər iki cinsdə hormonal balansın yoxlanılması, kiçik çanaq orqanlarının ultrasəs müayinəsi həyata keçirilir. Qadınlarda PAP-test, kişilərdə isə spermoqramma və xayaların ultrasəs müayinəsi reproduktiv sağlamlığın əsas göstəricilərini müəyyən edir.
Dördüncü mərhələdə irsi xəstəliklərin skrininqi diqqət mərkəzində saxlanılır. Xüsusilə talassemiya kimi genetik xəstəliklərin daşıyıcılığının araşdırılması gələcəkdə uşaqlarda ağır irsi patologiyaların qarşısını almağa kömək edir.
Son mərhələ isə psixoloji uyğunluq və psixi sağlamlığın qiymətləndirilməsidir. Mütəxəssisin sözlərinə görə, sağlam ailə münasibətlərinin formalaşmasında psixoloji balans və tərəflərin bir-birinə uyğunluğu mühüm rol oynayır və bu qiymətləndirmə psixoloq tərəfindən aparılır.
Cavid Baloğlanov sonda vurğulayır ki, evlilikdən əvvəl aparılan bu müayinələr gələcəkdə həm sağlam nəsil, həm də daha güclü ailə institutunun formalaşmasına xidmət edir. “Sağlamlığa laqeyd yanaşmamaq, vaxtında müayinələrdən keçmək hər bir gənc ailənin məsuliyyətidir,” – deyə həkim əlavə edib.
Turan
21:19 / 10 Noyabr 2026
16
21:12 / 10 Noyabr 2026
61
21:10 / 10 Noyabr 2026
80
20:56 / 10 Noyabr 2026
63
20:54 / 10 Noyabr 2026
156
20:46 / 10 Noyabr 2026
89
20:35 / 10 Noyabr 2026
103
20:17 / 10 Noyabr 2026
90
20:10 / 10 Noyabr 2026
1036
19:59 / 10 Noyabr 2026
100
19:58 / 10 Noyabr 2026
96
19:52 / 10 Noyabr 2026
105
19:52 / 10 Noyabr 2026
98
19:43 / 10 Noyabr 2026
106
19:40 / 10 Noyabr 2026
127
19:26 / 10 Noyabr 2026
112
19:20 / 10 Noyabr 2026
659
19:06 / 10 Noyabr 2026
140
18:58 / 10 Noyabr 2026
839
18:56 / 10 Noyabr 2026
120
18:39 / 10 Noyabr 2026
248
18:26 / 10 Noyabr 2026
609
18:25 / 10 Noyabr 2026
169
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.