Yeməkdən sonra yuxunuz gəlirsə,buna diqqət etməlisiniz...
29 Sentyabr 2026, 23:23
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
735
15.04.2026, 20:15
Bu şəxslərə burun əməliyyatı PULSUZ oldu
Azərbaycanda icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlər zərfinə plastik və rekonstruktiv cərrahiyyənin daxil edilməsi cəmiyyətdə müəyyən suallara yol açıb. Vətəndaşları ən çox maraqlandıran məqam isə gələcəkdə estetik müdaxilələrin də bu siyahıya salınıb-salınmayacağıdır.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən tibb eksperti Rasif Bağırov bildirib ki, tibbi əməliyyatlar fərdlərin subyektiv arzuları ilə deyil, yalnız peşəkar tibbi göstərişlər əsasında həyata keçirilməlidir.
Ekspert qeyd edib ki, icbari tibbi sığortanın əsas fəlsəfəsi insanları xəstəliklərdən qorumaq və real sağlamlıq problemlərini həll etməkdir:
"Tibbi əməliyyat yalnız tibbi zərurət yarandığı halda, vətəndaşın və ya onun yaxınlarının icazəsi ilə icra olunmalıdır. Kimsə hansısa kompleksdən azad olmaq istəyirsə, bunun müxtəlif yolları var. Estetik məsələlər tamam başqa mövzudur və insanın şəxsi istəyinə əsaslanır. İnanmıram ki, gələcəkdə sırf estetik məqsədli əməliyyatlar icbari tibbi sığorta paketinə daxil edilsin”.
Rasif Bağırovun sözlərinə görə, estetik müdaxilələrin sığorta sisteminə daxil edilməsi həm hüquqi, həm də tibbi baxımdan ciddi fəsadlara və məsuliyyət yükünə səbəb ola bilər:
"Əgər belə bir addım atılarsa, gələcəkdə çoxsaylı problemlər meydana çıxa bilər və bütün bu uğursuz nəticələrin məsuliyyəti icbari tibbi sığorta qurumunun üzərində qalar. İcbari tibbi sığorta insanı xəstəliklərdən və həyati risklərdən xilas etmək üçün nəzərdə tutulmuş bir sistemdir”.
Qeyd edək ki, hazırda icbari tibbi sığorta zərfinə daxil olan plastik və rekonstruktiv əməliyyatlar yalnız anadangəlmə qüsurlar, travmalar və ya yanğınlar nəticəsində yaranan, orqanizmin funksiyasına mane olan halları əhatə edir. Sırf görünüşün dəyişdirilməsinə xidmət edən kosmetik əməliyyatlar ödənişsiz xidmətlər siyahısında yer almır.
Çimnaz Telmanqızı
00:16 / 30 Sentyabr 2026
88
00:02 / 30 Sentyabr 2026
83
23:55 / 29 Sentyabr 2026
1667
23:47 / 29 Sentyabr 2026
68
23:43 / 29 Sentyabr 2026
70
23:34 / 29 Sentyabr 2026
66
23:23 / 29 Sentyabr 2026
161
23:12 / 29 Sentyabr 2026
96
23:08 / 29 Sentyabr 2026
77
23:07 / 29 Sentyabr 2026
58
22:50 / 29 Sentyabr 2026
73
22:39 / 29 Sentyabr 2026
88
22:28 / 29 Sentyabr 2026
111
22:28 / 29 Sentyabr 2026
1073
22:24 / 29 Sentyabr 2026
224
22:09 / 29 Sentyabr 2026
67
22:09 / 29 Sentyabr 2026
259
21:58 / 29 Sentyabr 2026
426
21:45 / 29 Sentyabr 2026
73
21:36 / 29 Sentyabr 2026
104
21:26 / 29 Sentyabr 2026
75
20:56 / 29 Sentyabr 2026
560
20:53 / 29 Sentyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.