Qaynar xətt:

(+99450) 247 90 86

Bal şəkəri qaldırırmı? – Diabet xəstələri üçün vacib açıqlama  

Bal şəkəri qaldırırmı? – Diabet xəstələri üçün vacib açıqlama  

TİBB

102

10.04.2026, 23:05

Balın şəkərə təsiri diabet xəstələri arasında ən çox müzakirə edilən suallardan biridir. Mütəxəssislərin fikrincə, bu mövzuda “təbii bal” və ya “süni bal” fərqi çox zaman yanlış anlaşılır.

 Oxu24.com bildilir ki, balın tərkibi əsasən sadə şəkərlərdən – Qlükoza və Fruktoza ibarətdir. Bəzi “süni bal” məhsullarında isə əsas komponent Saxaroza olur. Lakin hər iki halda söhbət sürətlə sorulan karbohidratlardan gedir.

Həkimlərin qeyd etdiyinə görə, bu maddələr qana tez qarışdığı üçün qanda şəkərin sürətlə yüksəlməsinə səbəb olur. Buna görə də “təbii bal daha faydalıdır” fikri diabet baxımından doğru hesab edilmir.

Xüsusilə insulin və ya şəkərsalıcı dərmanlarla müalicə alan pasiyentlərdə balın istifadəsi qanda kəskin qlükoza artımına gətirib çıxara bilər və müalicə balansını poza bilər.

Mütəxəssislər bildirir ki, balın növündən asılı olmayaraq, şəkərli diabet xəstələrinə onun istifadəsi ümumilikdə tövsiyə edilmir. Qidalanma planı isə yalnız həkim nəzarəti altında fərdi şəkildə müəyyən edilməlidir.

Nigar