Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1506
az

Uşağa yod çəkərkən bu məqamlara diqqət edin - PEDİATR SADALADI

23:0307 May, 2018
1847
TİBB
  • A
Əksər valideynlər uşaq bir azca soyuqlayan, yaxud öskürən kimi türkəçarə vasitələr əl atırlar. Bu sırada yod çəkmək ən öndə gedən vasitələrdən biridir. Böyüklər yod çəkərkən özlərinə faydası olduğu kimi, uşaqlara da faydalı olduğunu əsas gətirərək bunu edirlər. Amma mütəxəssislər yod çəkilən zaman müəyyən nüanslara diqqət etmək lazım olduğu barədə xəbərdarlıq edir. Oxu24.com bildirir ki, mövzu ilə bağlı ailem.az-a danışan pediatr Aytən İsmayılzadə məlumat verir ki, yod dezinfeksiyaedici bir maddədir: "Yodun təsirindən mikrobların zülalı dağılır və onlar məhv ola bilir. Bu ehtimal var ki, yod dəridən qana keçərək də eyni işi görə bilər. Amma yod qana keçərsə, bədəndə yod artıqlığına gətirə bilər. Buna görə də ehtiyatlı olmaq lazımdır. Bizim qalxanabənzər vəzimiz yod ilə işləyir və yod artıqlığı onun işinə müəyyən dərəcədə təsir edə bilər".

Həkim deyir ki, yod çəkiləndən 2-3 saat ərzində silinib gedirsə, bu, bədəndə yodun əskikliyindən xəbər verir. Əgər 6-8 saat sonra çəkilirsə, diqqətli olmaq lazımdır. Çünki bu, bədəndə yod toxluğunun göstəricisidir.

A. İsmayılzadə qeyd edir ki, yod uşaqda allergiyaya da səbəb ola bilər: "Ona görə ilk istifadə dirsək büküşünün içəri səthinə çəkilməlidir. Yod dərindən qıcıqlandırıcı təsir edərək qan dövranına müsbət təsir edir. Hərarət olduğu zaman edilməməlidir. Bir yaşdan kiçik uşaqlara ümumiyyətlə, yod çəkmək olmaz. Çünki bu, onların dərisində yanıq törədər. 3 yaşdan kiçik uşaqlara isə qalxanvari vəzin tam funksiya göstərməməsi səbəbindən məsləhət deyil. Yod ürək nahiyəsinə çəkilməməlidir. Burada maddənin dəridən sovrularaq matriks boyunca proyeksiyasında olduğu orqana yetişməsi ehtimalı var".

Pediatr söyləyir ki, yodu aşağıdakı qaydada istifadə etmək lazımdır: "Dəridə yaralar ucun 10 faizli yod məhlulu istifadə edildiyi halda, ağız boşluğu və boğaz yaxalamaları üçün 1 faizli yod məhlulu tövsiyə edilir. Bir sözlə, yoddan necə gəldi istifadə etmək olmaz. Xüsusilə də uşaqlara yod çəkən zaman ehtiyatlı olmaq lazımdır".


 Digər maraqlı xəbərlər Oxu24.com Facebook səhifəsində. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qocalıqda sağlam beynin sirri: Həkim açıqladı
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb