Müəllimlərin maaşı artacaq, amma hamının yox
15 Noyabr 2026, 07:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
751
05.10.2026, 23:42
İbtidai siniflərdə şagird sayının çoxluğu müəllimlərin iş yükünü artırır, uşaqlara fərdi yanaşmanı və nəzarəti çətinləşdirir. Bir sinifdə 40-a yaxın şagirdin olması dərsin təşkili ilə yanaşı, nizam-intizamın qorunmasına da təsir edir. Bu baxımdan müəllimlərə köməkçilərin ayrılması təklif olunur.
Oxu24.com xəbər verir ki,Təhsil eksperti Elmin Nuri Modern.az-a açıqlamasında bildirib ki, köməkçi müəllimlərin cəlb edilməsi həm tədrisin təşkilinə, həm də müəllimlik ixtisasını bitirən şəxslərin məşğulluğuna töhfə verə bilər. Bununla belə, o, təklifin yaxın zamanda reallaşması ehtimalını yüksək qiymətləndirmir.
“Müəllimlik ixtisasları üzrə plan yerlərinin azaldılması əmək bazarındakı sıxlıqla əlaqələndirilir. Müəllimlərin işə qəbulu müsabiqəsində də görürük ki, yüksək bal toplayan namizədlər çox, vakant yerlər isə azdır”, – ekspert deyib.
Onun sözlərinə görə, məktəblərin optimallaşdırılması, özəl təhsil müəssisələrinin sayının və bölgələrdə fəaliyyət imkanlarının məhdudluğu da müəllimlərin iş tapmasına təsir göstərir. Köməkçi müəllim modeli bu şəxslərin təhsil sahəsində qalmasına imkan yarada bilər.
“Bu yanaşma ilə həm iş tapa bilməyən müəllimlərə məşğulluq imkanı yaratmaq, həm də şagirdlərə nəzarəti gücləndirmək olar. Ancaq bunun üçün maliyyə ayrılmalı, köməkçi müəllimlərə əməkhaqqı müəyyənləşdirilməlidir”, – Elmin Nuri bildirib.
Ekspert hesab edir ki, köməkçi müəllimlərin fəaliyyəti xüsusilə şagird sayı çox olan siniflərdə faydalı ola bilər:
“Əsas istiqamətlərdən biri nizam-intizamın qorunmasıdır. Müəllimə köməkçi ayrılması onun işinin səmərəliliyini artıra bilər. Eyni zamanda, işsiz qaldığı üçün ixtisasını dəyişmək məcburiyyətində olan şəxsləri təhsil sahəsində saxlamaq mümkün olar”.
Elmin Nuri təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərin də müəyyən müddət köməkçi müəllim kimi çalışması imkanının nəzərdən keçirilməsini təklif edib.
“Onların məktəbdə başqa vəzifələrdə saxlanılması imkanları məhduddur. Dərnək rəhbərliyi, texniki və təchizat işləri üzrə ştatlar çox deyil. Təklif edərdim ki, həmin şəxslərin müəyyən müddət assistent və ya köməkçi müəllim kimi təhsildə qalması imkanına baxılsın”, – ekspert söyləyib.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.