Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1501
az

Bakıda bu xəstəxanada insanları itlər müalicə edir - FOTOLAR

19:4907 May, 2018
1661
TİBB
  • A
  İtlər sədaqətli ev heyvanı olmaqla yanaşı, həm də bəzi xəstələr üçün şəfa mənbəyidir. Nə qədər qəribə səslənsə də, ölkəmizdə bir çox xəstələri iynə-dərmanla yox, itlərlə müalicə edirlər.
İtlərlə müalicə - kanisterapiya dünyada geniş yayılıb. Azərbaycanda bu cür müalicə üsulundan 1 saylı Respublika Psixioterapiya xəstəxasında geniş istifadə olunur.

Xəstəxananın həkim-psixiatrı Ayşən İskəndərova Oxu24.com-a bildirib ki, dərmanla müalicəsi mümkün olmayan xəstələr kanisterapiya ilə sağaldılır.
İtlər sədaqətli ev heyvanı olmaqla yanaşı, həm də bəzi xəstələr üçün şəfa mənbəyidir. Nə qədər qəribə səslənsə də, ölkəmizdə bir çox xəstələri iynə-dərmanla yox, itlərlə müalicə edirlər.
İtlərlə müalicə - kanisterapiya dünyada geniş yayılıb. Azərbaycanda bu cür müalicə üsulundan 1 saylı Respublika Psixioterapiya xəstəxasında geniş istifadə olunur.

Xəstəxananın həkim-psixiatrı Ayşən İskəndərova Oxu24.com-a bildirib ki, dərmanla müalicəsi mümkün olmayan xəstələr kanisterapiya ilə sağaldılır. “Pasiyentlərimizdə bir sıra psixiatik siptomlar olur ki, hətta dərman vasitəsi ilə bunu müalicə etmək mümkün olmur. Amma bu üsul həmin xəstəliklərin müalicəsində müsbət nəticələr əldə etməyimizə imkan yaradır. İtlər insanların müalicə olunması və sosial reabilitasiyasına kömək edir”.

A.İskəndərova deyib ki, itlərlə müalicə üsulu şizofreniya, alkoqolizm, depresiya və travmadan əziyyət çəkən xəstələrə tətbiq edilir. Müşahidələrimiz zamanı 1 saylı Respublika Psixioterapiya xəstəxasında itlərlə müalicə alanların sayının az olmadığını gördük.

Anar Haqverdiyev adlı pasiyent itlərlə müalicənin səhhətində müsbət dəyişikliklər yaratdığını bildirib: “Mən əvvəllər yuxusuz və narahat idim. İtlərlə müalicə alandan sonra isə özümü əvvəlkindən daha yaxşı hiss edirəm. Gündə 3 dəfə itlərlə gəzintiyə çıxıram. İtləri yedizdirirəm, gəzdirirəm, çimizdirirəm və onlarla oynayıram. Burada mənə ən yaxın olan it isə Tobidir. O, mənim ən yaxın dostumdur. Məni ən yaxşı başa düşən elə bu itdir. Hətta buradan evə getmək istəmirəm”. Müalicənin faydalı tərəfindən danışan həkim-psixiatr Ayşən İskəndərovanın fikrincə, terapiya insanlarla yanaşı itlər üçün də xeyirlidir.

Qeyd edək ki, itlərlə müalicə üsulu ölkəmizdə yeni olsa da, İngiltərədə 1792-ci ildən tətbiq edilir. Son 50 ildə isə amerikalı uşaq psixoloqu Boris Levinson həmin müalicə üsulundan fəal istifadə etməyə başlayıb. Onun ilk xəstələri uşaqlar olub Müalicənin faydalı tərəfindən danışan həkim-psixiatr Ayşən İskəndərovanın fikrincə, terapiya insanlarla yanaşı itlər üçün də xeyirlidir.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycana tam elektrikli təcili yardım avtomobilləri gətiriləcək
Vüqar Qurbanov bu şöbəyə müdir təyin etdi
Səhiyyə Nazirliyi ÇAĞIRIŞ etdi - 40 yaş üzəri insanlar...

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Ölənlər və yaralı var