Narkotik və alkoqol qara ciyəri necə məhv edir? – Nevroloq AÇQILADI
20 May 2026, 17:50
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
625
23.11.2025, 10:41
Bir çoxları bunun izahını gözləyir. Bu,xəstəlik nədən əmələ gəlir?Hansı əlamətlər bu xəstəliyin siqnalı ola bilər?
"Cauda equine syndrome"və ya at quyruğu sindromu onurğa beyni kötüklərinin bel fəqərələri səviyyəsində sıxılmasıdır. Bunun nəticəsindən aşağı ətrafların və çanaq orqanlarının innervasiyası pozulmuş olur. Xəstəliyin məhz belə ad alması buradakı sinir kötüyü dəstəsinin at quyruğuna bənzəməsidir.
Səbəbləri müxtəlifdir, lakin 60% hallarda səbəb bel fəqərələrini disk yırtığı olur. Bundan başqa, at quyruğu sindromunu digər adları da var: kürəyin anomaliyaları, anadangəlmə anomaliyalar, onurğa beyni anesteziyası, əməliyyatdan sonra baş verən ağırlaşmalar, onurğa beyni şişləri, infeksion xəstəliklər və s.
Xəstələr adətən, kürək nahiyəsində olan ağrıdan şikayət edirlər, ayaq nahiyəsində hissiyyatın itməsi, əzələ zəifliyi, qəbizlik, sidiyə çətin getmə və sidiyi saxlaya bilməmək, seksual problemlər, bir sözlə normal həyat tərzinə mane olan əlamətlərdən şikayətlənirlər. Kürək nahiyəsinin aşağı hissəsindəki ağrılardan milyonlarla insan əziyyət çəkir və bunun müalicəsi əksər hallarda konservativdir. Lakin ağrı sindromuna yuxarıda göstərilən digər əlamətlər də qoşulursa, bu ciddi bir xəstəlik ola bilər.
At quyruğu sindromunun diaqnostikasında onurğanın rentgen müayinəsi, əsasən isə mieloqrafiya və MRT müayinəsi əsas rol oynayır.
Müalicə: cərrahidir və nə qədər erkən müdaxilə edilsə ağırlaşmalar bir o qədər az olmuş olacaq. Buna görə də ilk əlamətlər özünü göstərməyə başladıqda mütəxəssisə müraciət etmək lazımdır.
Mövzu ilə bağlı Oxu24.com-a danışan nevroloq Röyanə Quluzadə xəstəliklə bağlı vacib tövsiyələr verib.
Nevroloqun sözlərinə görə,bu xəstəliyin ilkin mərhələsində beldən ayağa vuran ağrılar hiss olunur.
"Pasiyent aralıq nahiyəsində,yəni ayaqların içəri hissəsində keyləşmə hiss edir və ən vacib əlamətlərdən biri pasiyent sidik saxlaya bilmir.Bu,bir çox hallarda fəqərəarası disklərin çox böyük ölçüıü yırtıqlarının gecikmiş mərhələsində yaranan fəsaddır.Onu da qeyd etmək istəyirəm ki,bu pasiyentlərin 20%-də çox ciddi bir fəsad qalır.Yəni,bu pasiyentlərin sidik saxlamama və keyləşmə kimi əlamətlərini tamamı ilə müalicə etmək mümkün olmur.Ona görə əgər ayağınıza vuran ağrı,ayaqda keyləşmə,hissiyatın itməsi və güc itməsi kimi əlamətlər başlayıbsa,dərhal nevroloqa müraciət etmək,səbəbi araşdırmaq və bu problemlərin ağırlaşmamasının qarşısını almaq lazımdır",-deyə nevroloq Röyanə Quluzadə bildirib.
Hazırladı: Nigarxanım
Həmçinin oxuyun
18:46 / 20 May 2026
1
18:40 / 20 May 2026
107
18:23 / 20 May 2026
126
18:16 / 20 May 2026
152
18:05 / 20 May 2026
154
17:50 / 20 May 2026
59
17:48 / 20 May 2026
100
17:10 / 20 May 2026
63
17:03 / 20 May 2026
88
17:00 / 20 May 2026
64
16:39 / 20 May 2026
81
16:34 / 20 May 2026
361
16:31 / 20 May 2026
71
16:21 / 20 May 2026
167
16:19 / 20 May 2026
66
16:11 / 20 May 2026
80
16:02 / 20 May 2026
251
15:54 / 20 May 2026
153
15:51 / 20 May 2026
66
15:42 / 20 May 2026
76
15:36 / 20 May 2026
179
15:31 / 20 May 2026
73
15:19 / 20 May 2026
413
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.