Nə üçün qəbul etdiyiniz vitaminlər təsir etmir?
07 Oktyabr 2026, 21:53
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
655
14.11.2025, 12:09
Ağdaşda hərbi xidmətə yararsız gəncin yararlı kimi sənədləşdirilərək əsgərliyə göndərilməsinə səbəb olan 2 həkim məsuliyyətə cəlb edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ağdaş Rayon Mərkəzi Xəstəxanasının şüa diaqnostikası üzrə həkimi 1960-cı il təvəllüdlü S.K və 1954-cü il təvəllüdlü həkim-terapevt M.M-ə Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə iş açılıb.
Bildirilib ki, onlar 2006-cı il təvəllüdlü çağırışçı S.Behbudovun (şərti) “Öd kisəsinin polipozu” diaqnozlu xəstəliyinə məhəl qoymadan onun hərbi xidmətə yararlı olmasına qərar veriblər. S.Behbudov Cəbrayıldakı hərbi hissədə xidmətə başlayıb.
Lakin hərbi xidmətə gedən gəncin bir müddət sonra kəskin ağrıları başlayıb və o, Dövlət Sərhəd Xidmətinin hospitalına yerləşdirilib və burada 1 aya yaxın müalicə olunub.
Bu ilin yanvarında isə 19 yaşlı gənc “Öd kisəsinin polipozu. Beta heteroziqot talessimiya. Zəif qidalanma” diaqnozu ilə “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilməklə Silahlı Qüvvələrin sıralarından tərxis olunub.
Bundan sonra gəncin hərbi xidmətə yararlı olmasına qərar verən həkimlərə cinayət işinin açılmasına və onların 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cəzalandırılmasına qərar verilib.
Ağdaş Rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə həkimlərin hər biri 2 min manat cərimə cəzasına məhkum edilib.
23:23 / 07 Oktyabr 2026
7
23:20 / 07 Oktyabr 2026
16
23:19 / 07 Oktyabr 2026
19
23:09 / 07 Oktyabr 2026
32
22:54 / 07 Oktyabr 2026
38
22:50 / 07 Oktyabr 2026
49
22:48 / 07 Oktyabr 2026
68
22:38 / 07 Oktyabr 2026
55
22:28 / 07 Oktyabr 2026
1867
22:27 / 07 Oktyabr 2026
64
22:00 / 07 Oktyabr 2026
76
21:53 / 07 Oktyabr 2026
52
21:47 / 07 Oktyabr 2026
230
21:35 / 07 Oktyabr 2026
306
21:31 / 07 Oktyabr 2026
71
21:25 / 07 Oktyabr 2026
111
21:15 / 07 Oktyabr 2026
275
21:11 / 07 Oktyabr 2026
93
21:06 / 07 Oktyabr 2026
67
21:05 / 07 Oktyabr 2026
57
20:49 / 07 Oktyabr 2026
197
20:34 / 07 Oktyabr 2026
508
20:30 / 07 Oktyabr 2026
2106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.