Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
650
13.11.2025, 20:15
Gündəlik qidamızda demək olar ki,duru yağlardan istifadə edirik.
Bu yağların sırasında zeytun yağları da var.Bu dəfə təqdim etdiyimiz mövzu uşaqların qidalanmasında zeytun yağından istifadə etmək qaydaları ilə bağlıdır.
Uşaqlara zeytun yağı vermək olarmı?
Mövzu ilə bağlı Oxu24.com-a danışan həkim Ülvi Əliyev bildirib ki,təcrübələrdə sübut edilib ki,zeytun yağı uşaqlarda beyin inkişafına müsbət təsir edir.
"Bu yağ doymamış yağ turşuları ilə zəngin olub,tərkibində antioksidantlar( olevropein,kversetin)polifenollar,vitaminlər kimi qidalı maddələr var. Ürək damar xəstəlikləri riskini azaldır,dərini sağlam saxlayır,seboreik və atopik dermatitə xeyirdir,obezitə riskini azaldır,qəbizlik hallarında yaxşıdır.Diqqət əksikliyi və hiperaktivitə hallarında xeyirli olduğu deyilir.Zeytun yağı ilə qidalanan qadınlar yeməyənlərə nisbətən döş xərçənginə az tutulurlar",-deyə o bildirib.
Bəs hansı növündən işlədək?
Həkimin sözlərinə görə,virgin və ya extra virgin(EVOO)bunlar ağacdan dərilib təzə halda sıxılır, vitamindən zəngindir.Soyuq halda işlənməsi yaxşıdır(salatlar və s),isti yeməklərdə dəyərini itirir.Uşaqlara bu yağdan vermək lazımdır,8 ci aydan başlamaq olar.
Pomace oil-sıxılmış kütlənin təkrar istehsalından alınır,isti yeməklərdə işlətmək üçündür.
Lampante-texniki istifadə üçündü.Çıraqlara tökülür(lampa sözündən götürülüb)
Məlumat üçün qeyd edək ki,zeytun yağı istehsalı sahəsində söz sahibi ölkələr İspaniya,Italiya və Yunanıstan başda olmaqla Aralıq dənizi ölkələrdir.İspaniyada qiymətləndirmə somelyelər kimi 10 nəfər mütəxəssis tərəfindən ciddi kriteriyalara görə aparılır.
Hazırladı: Nuray
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.