Nə üçün qəbul etdiyiniz vitaminlər təsir etmir?
07 Oktyabr 2026, 21:53
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
788
13.11.2025, 19:44
"Uşağın saçı ağarıb".Bu ifadə yəqin ki,sizi də təəccübləndirdi.
Təbii ki,hamı qorxu içindədi.Çünki saçlar təkcə fizioloji yox, həm də sosial funksiya daşıyır.İlk olaraq yaşlanma göstərici kimi.Görəsən uşağın nə dərdi var ?
Oxu24.com bu gün uşaqlarda və erkən yaşlarda saçların ağarmasından danışacaq.
Mövzu ilə bağlı danışan pediat Ülvi Əliyev bildirib ki,əgər ailə və nəsildə kimdəsə erkən ağarma varsa ola bilər ki,uşaqda da eyni səbəbdir.B12 vitamininin çatışmazlığı buna səbəb ola bilər.Həmçinin Sink,mis və selenium azlığında da saçlar tez ağara bilər.D vitamini və fol turşusu çatışmazlığı digər səbəblərdəndir.
Emosional travma,qorxu,həyəcan əsas səbəblərin başında gəlir.Düzdü deyəcəksiniz ,uşaq hara,stress hara.
Hava kirliliyi,saç şampunları,kosmetik vasitələr,boyalar da buna yol açan faktorlardandı.
Pis qidalanmaq da erkən saç ağarmasına səbəb olur.
Bundan əlavə tiroid vəzin xəstəlikləri,vitiliqo və bəzi genetik sindromlarda (Vaardenburq,Elejalde,Grizelli,Angelman və s)saçlar ağara bilər
Gündə 30 siqaretdən çox çəkənlər daha tez çalsaçlı olurlar.
Erkən bəyazlama ağlarda 20 yaşdan,qaradərililərdə isə 30 yaşdan tez saçın ağarmasıdır.
Bəs saçlar bir və ya bir neçə günə ağararmı?
Tarixi mənbələrdə qısa müddət ərzində saç aparmasını göstərən kifayət qədər məlumatlar var.Buna "canities subita" digər adıyla Mariya Antuanetta sindromu deyirlər.
Fransa kralının xanımı Mariya Antuanettaya ölüm cəzası elan edildiyi günün səhəri saçlarının ağardığı qeyd edilmişdir.(1793)
"Utopiya" əsərinin müəllifi Tomas Mor da Kral VIII Henrinin qəzəbinə gəlib, e'dama məhkum edildiyi gün saç və saqqalı ağarmışdı.(1535)
Xanımı Mümtazın vəfatından(1631) dərhal sonra Moğol hökmdarı Cahanşahın saçları ağarmışdı...
Şotlandiya kraliçası Mariya Stüartın da dərd-kədərdən bir neçə günə saçları ağarmışdı
Hüqo(ər) cahanşümul "Səfillər"əsərində Cənab Madlenin(Jan Valjan)məhkəmə salonunda yaşadığı psixoloji sarsıntıdan saçlarının bir anda ağardığını qələmə almışdır.
Deyilənlərə görə böyük çin filosofu Lao Tszı da anadan olanda saçları ağappaq imiş.
Hazırladı Miri Məcidli
23:23 / 07 Oktyabr 2026
7
23:20 / 07 Oktyabr 2026
16
23:19 / 07 Oktyabr 2026
19
23:09 / 07 Oktyabr 2026
32
22:54 / 07 Oktyabr 2026
38
22:50 / 07 Oktyabr 2026
49
22:48 / 07 Oktyabr 2026
68
22:38 / 07 Oktyabr 2026
55
22:28 / 07 Oktyabr 2026
1867
22:27 / 07 Oktyabr 2026
64
22:00 / 07 Oktyabr 2026
76
21:53 / 07 Oktyabr 2026
52
21:47 / 07 Oktyabr 2026
230
21:35 / 07 Oktyabr 2026
306
21:31 / 07 Oktyabr 2026
71
21:25 / 07 Oktyabr 2026
111
21:15 / 07 Oktyabr 2026
275
21:11 / 07 Oktyabr 2026
93
21:06 / 07 Oktyabr 2026
67
21:05 / 07 Oktyabr 2026
57
20:49 / 07 Oktyabr 2026
197
20:34 / 07 Oktyabr 2026
508
20:30 / 07 Oktyabr 2026
2106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.