“Liv Bona Dea”da ilk sümük iliyi transplantasiyası həyata keçirildi - Fotolar
27 Fevral 2026, 23:18
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
921
09.11.2025, 23:01
Dünyada ən çox istehlak edilən qidalardan biri olan yumurta, əsasən ağ və qəhvəyi rənglərdə satışa çıxarılır. Uzun müddətdir bu iki növ arasında hansı daha sağlamdır sualına cavab axtarılsa da, mütəxəssislər bu rəng fərqinin dahada çox faydalı olmasını müəyənləşdiriblər.
Yumurta zəngin biokimyəvi tərkibə malik olan qida məhsuludur. Orqanizm tərəfindən asan (90-95 %) mənimsənilən yumurta qida rasionunda əsas yer tutur. Həmçinin yüksək protein (zülal) tərkibli olması səbəbindən yumurta qida dəyərinə görə ət ilə eyni qrupa daxil edilir.
Ümumiyyətlə, qida məhsulu kimi əsasən toyuq yumurtasına üstünlük verilməsinə baxmayaraq, bildirçin, ördək, hind quşu, qaz, dəvəquşu yumurtası da insanlar tərəfindən istehlak olunur. Qeyd olunan yumurta növləri arasında bildirçin yumurtası kalsiumla, ördək yumurtası yağ birləşmələri ilə, hind quşu yumurtası sinklə, qaz yumurtası isə protein miqdarının yüksək olmasına görə toyuq yumurtasından fərqlənir.
İnsanların qida rasionunda üstünlük təşkil edən toyuq yumurtası biokimyəvi tərkibinə görə vitaminlər (A, B1, B2, B3, B4, B5, B9, B12, D, E, K, H ), proteinlər (yumurta ağında- ovalbumin, ovotransferrin, ovomukoid, ovoqlobulin, flavoprotein, avidin, yumurta sarısında- fosvitinlər), makro- və mikroelementlər (Ca, Mg, K, P, Fe, Se, Zn, Cr, Cl, Mn, Mo, Co, F, I, S, Cu və s.), antioksidantlar (lutein və zeaksantin), fermentlər və digər bioloji aktiv maddələr ilə zəngindir. Yumurtanın tərkibində proteinlər 13-17 %, lipidlər 11-12 %, minerallar 1-2 %, karbohidratlar isə 1 %-ə qədər təşkil edir. Proteinlər əsasən yumurta ağında toplanmaqla, tərkibində 20 məlum aminturşusunun demək olar ki, hamısına rast gəlinir. Əvəzolunmaz aminturşuları (histidin, izoleysin, leysin, lizin, metionin, fenilalanin, treonin, triptofan və valin) yumurtanın tərkibində daha çoxdur.
Yumurta sarısı embrionun inkişafı üçün əsas qida mənbəyi olmaqla, özündə daha çox lipid, vitamin, makro- və mikroelementlər ehtiva edir. Yumurta sarısında olan lesitin (fosfatidilxolin) qiymətli fosfolipidlərə aid olmaqla, orqanizmdə ürək-damar, sinir və həzm sistemi orqanlarının funksiyasına müsbət təsir göstərir.
Yumurta ağının tərkibində olan lizosim fermenti bakterisid xüsusiyyətlərə malikdir. Bu da yumurtanın mikroorqanizmlərin təsirindən qorunaraq xarab olmasının qarşısını alır. Qeyd edək ki, yumurtanın tərkibində olan ovomusinin (qlikoprotein) miqdarı 2-3 % təşkil edir. Bu da yumurta ağının gelşəkilli və tamlığının pozulmayan şəkildə olmasını təmin edir. Yumurtanın tərkibində olan lutein və zeaksantin təbii karotinoidlərə aid olub, yumurta sarısında toplanır ki, bu isə onun sarı çalarlı olmasını təmin edir.
Yumurtanın tərkibindəki lipidlər doymuş və doymamış ali yağ turşularından təşkil olunur. Doymuş yağ turşularına miristin, palmitin, stearin, araxin turşularını, doymamışlara isə olein, palmitolein, linol, linolen, araxidon turşularını şamil etmək olar ki, bu turşu kompleksi Omega-3, Omega-6 və Omega-9 şəklində təmsil olunur. Sterollardan yumurtanın tərkibində xolesterolun miqdarı 200-220 mq təşkil edir ki, bu da insanın gündəlik xolesterol ehtiyacının təxminən üçdə iki hissəsinə bərabərdir. Zəngin protein və yağ tərkibli olduğundan yumurtanın enerji dəyəri 100-140 kkal/100 q təşkil edir. Zülalların 100 ballıq qiymətləndirmə sistemində isə yumurta zülalı 97.3 balla qiymətləndirilir. Beləliklə, yumurtanı faydalı bir qidadır
Almaniya Yumurta İstehsalçıları Federal Birliyi qəhvəyi yumurtaların istehsalına məhdudiyyət tətbiq etmək barədə qərar qəbul edib. İlk olaraq bu qərarın sağlamlıqla əlaqəli olduğu düşünülsə də, bu addımın iqtisadi cəhətdən atıldığı üzə çıxıb. Bu qərar Niderland, Belçika və Fransa kimi ölkələrdə də tətbiq edilməyə başlayıb.
Qeyd edək ki, yumurtanın rəngi toyuğun cinsi ilə bağlıdır. Toyuqların qulaqcığının rəngi onların ağ, ya da qəhvəyi yumurta qoyacağını əvvəlcədən göstərir. Araşdırmalara əsasən, ağ yumurta verən toyuqlar həm daha az yem yeyir, həm də daha məhsuldar olur.
Almaniya Yumurta İstehsalçıları Federal Birliyinin rəhbəri Henner Schönecke bildirib ki, ağ yumurtaların istehsalı həm daha ucuz başa gəlir, həm də toyuqlar daha uzunömürlü olur. Bu da fermerlərə daha uzun müddət məhsul almağa imkan verir.
Həmçinin oxuyun
21:46 / 03 Mart 2026
15
21:45 / 03 Mart 2026
33
21:30 / 03 Mart 2026
32
21:27 / 03 Mart 2026
58
21:24 / 03 Mart 2026
894
21:12 / 03 Mart 2026
115
21:09 / 03 Mart 2026
50
20:54 / 03 Mart 2026
198
20:53 / 03 Mart 2026
50
20:42 / 03 Mart 2026
47
20:30 / 03 Mart 2026
754
20:23 / 03 Mart 2026
72
20:04 / 03 Mart 2026
78
19:54 / 03 Mart 2026
77
19:45 / 03 Mart 2026
111
19:37 / 03 Mart 2026
61
19:11 / 03 Mart 2026
106
19:00 / 03 Mart 2026
84
18:45 / 03 Mart 2026
77
18:18 / 03 Mart 2026
189
18:03 / 03 Mart 2026
87
17:57 / 03 Mart 2026
172
17:57 / 03 Mart 2026
1499
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.