Dağ havası orqanizmə nə edir? – Terapevt mühüm faydaları açıqladı
07 Avqust 2026, 17:15
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
719
07.11.2025, 23:13
“Qanunvericiliyə edilən yeni dəyişikliyə görə, dövlətin daim vəsait ödəyəcəyi şəxslər ciddi şəkildə artırılır. Əmək qabiliyyəti olmayan şəxslər, işsizlər, pensiyaçılar, əlilliyi olan şəxslər, uşaqlar, tələbələr və digər geniş əhali qrupları birbaşa dövlətin təminatında olur. Öz hesabına sığortalanan şəxslər isə – yəni rəsmi məşğul olan, əmək müqaviləsi ilə çalışanlar, sahibkarlar, kənd təsərrüfatı ilə məşğul olan ailə təsərrüfatları – qanunla müəyyən edilən qaydada öz haqlarını ödəyirlər”.
Oxu24.com xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsi ilə bağlı müzakirələr zamanı deyib.
Nazir qeyd edib ki, qanunda yeganə istisna – qeyri-formal məşğul olan şəxslərdir:
“Bu nə deməkdir? Bu şəxslər qanunu pozaraq sahibkarlıq və ya əmək fəaliyyəti ilə məşğul olur, gəlirlərini gizlədir və qeydiyyatdan yayınırlar. Qanun bu şəxsləri məsuliyyət daşıyan kateqoriya kimi müəyyənləşdirir və onların sığortalanması yalnız öz vəsaitləri hesabına, bir dəfəlik ödənişlə mümkündür.
Bəzən kimsə bunu hansısa formada işsiz şəxslərə də şamil etmək istəyir. Xeyr, qanun birbaşa göstərir ki, işsiz şəxslər, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar, aktiv VÖEN-i olan şəxslər, qeydiyyatda olan ailə-fermer, kəndli təsərrüfatları da - yəni, rəsmi şəkildə fəaliyyət göstərən bütün şəxslər, habelə işsiz olan şəxslərin vəsaiti dövlət tərəfindən təmin edilir. Yalnız qanunu pozaraq gəlirini gizlədən şəxslərin sığortalanması özləri tərəfindən birdəfəlik haqq ödənilərək həyata keçirilir”.
Sahil Babayev qeyd edib ki, bu yanaşmanın məqsədi uçotun aparılması və qeyri-formal məşğulluğun rəsmi formaya keçirilməsidir. Hökumət bunun üçün də müxtəlif imkanlar təmin edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev isə qeyd edib ki, qeyri-formal çalışan şəxslər icbari tibbi sığortadan kənar qalsalar da, təcili baş verən hadisələrdə icbari tibbi sığortadan yararlana biləcək.
00:28 / 09 Avqust 2026
38
23:54 / 08 Avqust 2026
52
23:46 / 08 Avqust 2026
62
23:40 / 08 Avqust 2026
64
23:31 / 08 Avqust 2026
67
22:59 / 08 Avqust 2026
76
22:42 / 08 Avqust 2026
61
22:31 / 08 Avqust 2026
79
22:06 / 08 Avqust 2026
82
21:07 / 08 Avqust 2026
86
16:08 / 08 Avqust 2026
151
16:05 / 08 Avqust 2026
140
14:53 / 08 Avqust 2026
155
13:55 / 08 Avqust 2026
99
13:30 / 08 Avqust 2026
92
13:15 / 08 Avqust 2026
177
13:01 / 08 Avqust 2026
117
12:59 / 08 Avqust 2026
160
12:49 / 08 Avqust 2026
164
12:45 / 08 Avqust 2026
616
12:45 / 08 Avqust 2026
115
12:30 / 08 Avqust 2026
122
12:13 / 08 Avqust 2026
891
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.