Gindes Adına Vərəm Sanatoriyasında işlər yekunlaşmaq üzrədir
Buzovna qəsəbəsində yerləşən professor Gindes Adına Respublika Uşaq və Yeniyetmələr Üçün Vərəm Sanatoriyasının əvvəlki vəziyyətindən əsər əlamət belə qalmıyıb.
Çünki ölkə başçısının göstərişi ilə sanatoriya yenidən inşa olunub. Adı çəkilən müalicə ocağında artıq son təmir işləri aparılır.
Yeni inşa olunan sanatoriya əvvəlki ilə fərqləndirən bir sıra yeniliklərlə təmin olunub.
Sanatoriyanın hər iki korpusunda ümumilikdə 300 xəstə eyni anda müalicə ala biləcək.
Bundan başqa burada müalicə alacaq uşaqlar üçün müəllimlər tərəfindən dərslər keçiriləcək. Tək uşaqlar deyil böyüklərin də istirahəti nəzərə alınıb. Daha dəqiq hər iki korpusun 5-ci mərtəbəsində Qış parkı və üzü dəniz mənzərəsinə açılan geniş çardaq işna olunub.
Professor Gindes Adına Respublika Uşaq və Yeniyetmələr Üçün Vərəm Sanatoriyasının bu ilin oktyabrınadək tam hazır edilib istifadəyə verilməsi planlaşdırılır.
Oxu24.com
ŞƏRHLƏR