Yağlı yeməkdən sonra gəyirmə: Nəyə işarədir?
21 Avqust 2026, 15:55
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
634
04.04.2025, 10:00
Dünyanın ən kiçik ürək batareyası hazırlanıb.
Oxu24.com xəbər verir ki, düyü dənəsindən belə kiçik olan bu texnologiya nümunəsi hazırda mövcud olan ən kiçik ürək cihazıdır.
Ürək döyüntülərini müvəqqəti nizamlamaq üçün yaradılan bu cihaz bədənə inyeksiya edildikdən qısa müddət sonra əriyərək yox olur. Onu işıqla idarə etmək mümkündür.
Bu cihazın insanlar üzərində tətbiqi bir neçə il sonra başlanacaq. Buna baxmayaraq kabelsiz kiçik batareya tibb dünyası üçün önəmli kəşfdir.
Yeni simsiz ürək cihazın diametri 1 və uzunluğu isə 3,5 millimetrdir. Batareya iynə ucuna sığacaq boydadır. Cihaz doğuşdan ürək xəstəliyi ilə dünyaya gələn şəxslər üçün çox faydalı olacaq. Həmçinin, yetişkin xəstələr üçün də ürək əməliyyatından sonra ritmi nizamlamaq məqsədilə istifadə oluna bilər.
Bu vaxtaqədər olan ürək cihazları kabelli idi. Onları çıxaranda problemlər yaşanırdı. Hətta, 2012-ci ildə bu səbəbdən astronavt Neil Armstrong həyatını itirib. Yeni cihaz isə xəstənin bədəninə inyeksiya edilir, hər hansı simə ehtiyac yoxdur.
Cihaz indiyəqədər siçan, donuz və itlər üzərində sınaqdan keçirilib. ABŞ Northwestern Universitetinin professoru John Rogers cihazın 2-3 il ərzində insanlar üzərində sınaqdan keçiriləcəyini bildirib. Çikaqo Universitetinin professoru Bozhi Tian isə yeni ürək cihazının tibb sahəsində inqilabi yenilik olduğunu və yalnız kardiologiya deyil, sinir bərpası, yara sağalması kimi sahələrdə də yeni imkanlar yaradacağını vurğulayıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının statistikalarına görə dünyada ən çox baş verən ölüm səbəblərindən biri ürək xəstəlikləridir. milli.az
22:37 / 22 Avqust 2026
54
21:49 / 22 Avqust 2026
102
21:35 / 22 Avqust 2026
72
20:40 / 22 Avqust 2026
84
20:15 / 22 Avqust 2026
126
20:14 / 22 Avqust 2026
84
19:59 / 22 Avqust 2026
69
19:48 / 22 Avqust 2026
92
19:33 / 22 Avqust 2026
93
18:55 / 22 Avqust 2026
162
18:26 / 22 Avqust 2026
92
18:21 / 22 Avqust 2026
106
13:55 / 22 Avqust 2026
116
13:36 / 22 Avqust 2026
698
13:34 / 22 Avqust 2026
114
13:31 / 22 Avqust 2026
116
12:55 / 22 Avqust 2026
119
12:55 / 22 Avqust 2026
104
12:35 / 22 Avqust 2026
96
12:34 / 22 Avqust 2026
133
12:15 / 22 Avqust 2026
97
11:59 / 22 Avqust 2026
114
11:40 / 22 Avqust 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.