Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11613
az

Xərçəngə səbəb olan 7 qidalanma SƏHVİ

22:0803 Aprel, 2019
1180
TİBB
  • A
 Alimlər sonradan yaranan bütün xərçəng növlərinin qeyri-sağlam qidalanma və piylənmə ilə əlaqədar olduğunu bildiriblər.

Oxu24.com bildirir ki, bununla bağlı xərçəngə səbəb olan 7 qidalanma səhvi haqqında məlumat verilib. Xüsusən də inkişaf etməkdə olan ölkələrdə xərçəngə yoluxma riski hər il daha da artır.

Köklük müalicəyə verilən cavabı zəiflədir

Kifayət edəcək qədər və stabil qidalanma xərçəng də daxil olmaqla bir çox xəstəlikdən qoruyur. Mövsümə uyğun olaraq meyvə-tərəvəz qəbul etmək, un, şəkər və karbonhidratlardan uzaq durmaq, heyvan mənşəli yağların qəbulunu azaltmaq, su içmək lazımdır. Xərçəng hüceyrələrinin artmasına səbəb olan bilən bəzi qidalanma xətaları var. Bunların başında həddən artıq qida qəbulu var. Belə vəziyyət piylənməyə səbəb olur və piylənmənin xərçəngin müxtəlif növləri ilə əlaqəsi var.

Ət, süd və pendirin tərkibindəki görünməyən yağlar

Məlum olub ki, həddən artıq yağ qəbulu xərçəngə səbəb olur. Doymuş yağlar sayılan marqarin, kərə yağı və quyruq yağı kimi qatı yağlarla yanaşı, ətin, südün və pendirin tərkibində olan görünməyən yağlar da həddən artıq qəbul ediləndə xərçəng riskini artırır. Ət, balıq, toyuq kimi qidaları qızardanda və bişirində çox yağ əlavə etməmək, bu qidaları əsasən öz yağında bişirmək lazımdır. Çünki əks halda trans yağlar meydana gəlir və bu da xərçəngə səbəb olur.

Həftədə üç gündən çox qırmızı ət qəbul etməyin

Ət qəbulunu artırmaq xərçəng riskini artırır. Bunun yerinə, paxlalı və dənli bitkilərdən ən azı həftədə iki dəfə istifadə etmək lazımdır. Bundan başqa qəbul edilən ətlə yanaşı mütləq tərəvəz qəbul etmək məsləhət görülür. Qırmızı ətin tərkibində doymuş yağdan əlavə nitrit və nitrat var. Bu maddələr də kanserogen sayılır və qırmızı əti həddən artıq qəbul etmək xərçəng riskini artırır. Bundan başqa orqanizmdəki xolesterol miqdarını da artırır. Sosis və kolbasa kimi ət məhsullarının tərkibində isə nitrit və nitrat miqdarı daha çoxdur. Bunu da nəzərə almaq lazımdır.

Bəzi içkiləri azaldın

Bəzi içkilərin tərkibində şəkər miqdarı yüksəkdir. Şəkərsiz olsa da, rəngləndirici və süni dadvericilər xərçəng riskini artıran maddələrdəndir. Bundan başqa spirtli içki qəbulunun çox olması da bir sıra xərçəng xəstəliyi riskini artırır.
Image result for mehsullarin etiketleri

Məhsulların üzərindəki etiketi mütləq oxuyun

Un məmulatlarının tərkibindəki şəkər xərçəngi sürətləndirir. Qablaşdırılmış məhsulların üzərindəki etiketləri mütləq oxuyun. Çünki bu məhsulların tərkibindəki süni qlükoza və fruktoza xərçəng riskini artırır.

Duz qəbulu

Çox duz qəbul etmək xərçəng, xüsusən də mədə xərçəngi riskini artırır. Tərəvəz və meyvələrin tərkibindəki soda sağlamlıq üçün faydalıdır. Həddən artıq qəbul edilən soda isə xərçəng riskini artırır.

Soya, qarğıdalı və buğdadan uzaq durun

Genetikası dəyişdirilmiş qidalardan mümkün qədər uzaq durmaq lazımdır. Soya, qarğıdalı və buğda kimi qidalar daha çox genetikası dəyişdirilmiş olduğu üçün mümkün qədər az qəbul etmək lazımdır.

Qaynar yemək və içki xərçəngə səbəb olur

Qidaları daim qaynar qəbul etmək qida borusuna ziyan vurur və xərçəng riskini artırır. Bu səbəbdən də qidaları və içkiləri qaynar-qaynar qəbul etmək məsləhət görülmür. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycana tam elektrikli təcili yardım avtomobilləri gətiriləcək
Vüqar Qurbanov bu şöbəyə müdir təyin etdi
Səhiyyə Nazirliyi ÇAĞIRIŞ etdi - 40 yaş üzəri insanlar...

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ