Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11390
az

DİQQƏT! Yazda bu şəxslər ehtiyatlı olmalıdır - HƏKİM MƏSLƏHƏTİ

21:4928 Mart, 2019
831
TİBB
  • A
"Mövsümindən asılı olaraq hava şəraitinə görə xəstəliklər dəyişir. Hazırda yaz fəsli olduğu üçün allergik və asmatik xəstələr daha həssas olurlar".

Oxu24.com bildirir ki, bunu Metbuat.az-a açıqlamasında həkim-terapevt Nahid Məhərrəmov deyib. O bildirib ki, yaz fəslində ağacların çiçəklənmə dövrü olduğundan allergik insanlarda risk faktorları artır. Tozlanma baş verdikcə, toza qarşı allergiyası olanlarda burun axması, öskürək, qaşınma, gözdən su axma, nəfəs yollarında tutulma, tənginəfəslik, boğulma, halsızlıq əlamətləri ola bilər. Bu cür hallarda insanlar mütləq həkim allerqoloqa müraciət etməlidir.

Həkim əlavə edib ki, allergik və asmatik reaksiyası olanların immun sistemi zəif olduğu üçün virus və infeksiyalara daha tez məruz qalırlar. Bu cür xəstələr fəsil dəyişikliyi zamanı daha ehtiyatlı olmalıdır.

Həkim bildirib ki, soyuq fəsillərdə bronxit, pnevmaniya, yuxarı tənəffüs orqanlarının iltihabı, bakteriyal, virus mənşəli infeksiyalar, revmatik xəstəliklər, oynaq xəstəlikləri və s. baş qaldırır. Yaya doğru getdikcə havalar isindiyi üçün viruslar məhv olur və xəstəliklər də azalır. Ancaq istənilən hallarda allergik xəstələr ehtiyatlı olmalıdır.

Həkim-fitoterapevt Sadıq Salami deyib ki, mövsümi xəstəliklər fəsil dəyişkənliyi vaxtlarında olur. Qışdan bahara keçid zamanı immun sistemi zəifləyir. Bu da vitamin çatışmazlığı ilə əlaqəli olur. İmmun sistemi zəif olanda, orqanizm virus və infeksiyon xəstəliklərə qarşı həssas olur. Zəifləmiş orqanizm virus və infeksiyalara qarşı müqavimət göstərə bilmir. Ona görə də, virus və kəskin respirator xəstəliklər artır. Bunun qarşısını almaq üçün immun sistemini möhkəmləndirmək lazımdır. İmmun sistemini möhkəmləndirilməsi məqsədilə bal və bal məhsulları, çiçək tozu, güləm, qara zirə, exonaseya bitkilərindən istifadə etmək olar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycana tam elektrikli təcili yardım avtomobilləri gətiriləcək
Vüqar Qurbanov bu şöbəyə müdir təyin etdi
Səhiyyə Nazirliyi ÇAĞIRIŞ etdi - 40 yaş üzəri insanlar...

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY
Yuxuda pul görməyin mənası nədir... - Yuxuyozma

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusları aşkarlayıblar
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı