Arıqlama iynəsi ilə bağlı VACİB MƏQAM
24 Noyabr 2026, 23:28
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
781
28.06.2024, 22:00
Kişmiş suyu müxtəlif xəstəlik və pozulmalar zamanı təbii müalicəvi vasitə kimi uğurla istifadə olunur.
Saglamolun.Az-ın faydalı məlumatını sizə təqdim edirik.
Kişmiş suyu kaliumla zəngindir. Bu mineral ürək əzələsinin normal fəaliyyəti üçün çox vacibdir. Kişmiş suyu ürək xəstəliklərindən əziyyət çəkən insanlara çox yaxşı kömək edə bilər.
Həmçinin kişmiş suyu qəbizlik zamanı da yaxşı kömək edir. Kişmiş suyunda olan kalium bağırsaqların normal fəaliyyəti üçün ən vacib olan maddədir. Bir çox hallarda məhz kalium çatışmazlığı qəbizliyə səbəb olur.
Kişmiş suyu həmçinin qanazlığından əziyyət çəkənlər üçün çox faydalıdır, onun tərkibində xolesterini aşağı salan və xərçəng əleyhinə maddələr var.
Kişmiş suyu yuxunun tənzimlənməsinə kömək edir, sinr sistemini sakitləşdirir, baş ağrılarını azaldır.
Zəhərləmə zamanı kişmiş suyunun qəbulu orqanizmdən toksinlərin xaric olunmasını sürətləndirir.
Soyuqdəymə, öskürək və bronxit zamanı kişmiş suyu çox yaxşı müalicəvi təsir edir.
Vitaminlər və minerallarla zəngin olan kişmiş suyu immun sistemini möhkəmləndirir, qaraciyəri təmizləyir, bu orqanın fəaliyyətini yaxşılaşdırır.
Dəmləməni hazırladıqdan əvvəl kişmişi yaxşı yumaq lazımdır. Kişmiş suyu bəzi xəstəliklər zamanı (şəkərli diabet, piylənmə) istifadə olunmur.
Kişmiş suyunu hazırlamaq üçün axşamdan 1 ovuc kişmiş təmizləyin, yaxşı yuyun, termosa tökün və üzərinə 1 stəkan qaynar su tökün. Kişmiş suyunu həm acqarına, həm də gün ərzində içmək olar.
00:31 / 25 Noyabr 2026
37
00:17 / 25 Noyabr 2026
63
23:55 / 24 Noyabr 2026
95
23:48 / 24 Noyabr 2026
68
23:34 / 24 Noyabr 2026
89
23:33 / 24 Noyabr 2026
110
23:28 / 24 Noyabr 2026
90
23:22 / 24 Noyabr 2026
86
23:15 / 24 Noyabr 2026
90
23:03 / 24 Noyabr 2026
191
23:00 / 24 Noyabr 2026
177
22:54 / 24 Noyabr 2026
776
22:44 / 24 Noyabr 2026
98
22:22 / 24 Noyabr 2026
970
22:16 / 24 Noyabr 2026
133
22:09 / 24 Noyabr 2026
116
22:07 / 24 Noyabr 2026
118
21:54 / 24 Noyabr 2026
222
21:36 / 24 Noyabr 2026
125
21:32 / 24 Noyabr 2026
244
21:26 / 24 Noyabr 2026
116
21:20 / 24 Noyabr 2026
130
21:18 / 24 Noyabr 2026
123
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.