Oxu24.com uşaqların ağız boşluğundan gələn pis qoxularla bağlı tibbi məlumatı təqdim edir:
Bronxların xəstəliyi: ağızdan gələn pis qoxu tənəffüs yollarının xəstəliyində olur, bu iri və kiçik bronxlarla əlaqədardır. Bu infeksiyalarda və yaxud ağ ciyərlərin nəfəs yollarının keçiriciliyinin pozulması zamanı baş verir və özünü çoxlu pis iyə malik bəlğəmlə müşayət olunan öskürək şəkilində göstərir. Əksər hallarda hərarət və tənəffüs yollarının təkrar yoluxması baş verir.
Burunda yad cisim: ağızdan gələn üfunətli qoxu burnun birtərəfli tutulması və selikli ifrazatla birgə burunda olan yad cismin olunması əlamətlərini göstərir. Bəzən uşaqlar bilmədən kürəciklər, rəngli təbaşirləri, meyvə çəyirdəklərini və s. kimi kiçik qida hissəciklərini burunlarına salırlar ki, bunlar da orada ilişib qalır və sonra da burun-nəfəs yollarından daha içərilərə gedir. Bu zaman uşaq burunda xoşagəlməz hissiyyat və ağrılardan şikayətlənir və asqırır.
Yardım: uşağı poliklinikaya çatdırmaq və həkim-otolarinqoloqa göstərmək lazımdır.
Yuxarı tənəffüs yollarının yoluxması: ağızdan gələn üfunətli qoxu kəskin və ya xroniki tonzillit (“Boğaz ağrısı” bölməsinə bax), angina, difteriya və yolxucu mononukleoz kimi xəstəliklər zamanı müşayiət oluna bilər (“Yoluxucu xəstəliklər” bölməsinə bax)
Ağ ciyərlərin irinli iltihabı (absess): bu xəstəlik üçün öskürək ilə üfunətli bəlğəmin ifraz olunması xarakterdir. Bu zaman əksər hallarda uşağın ağzından xoşagəlməz qoxu hiss olunur. Tədrilcən absessin digər əlamətləri da meydana çıxır: qızdırma, bəzi hallarda tənginəfəslik və sinədə ağrı.
Dişlərə və ağız boşluğuna pis qulluq: əgər uşaq dişlərini yumursa və yeməkdən sonra ağzını yaxalamırsa, o zaman dişlərin arasında qalmış qida qalıqları çürüyür və ağızdan xoşagəlməz qoxu hiss olunur. Qida kariyeslə zədələnmiş dişlərin arasında da ilişə bilər. Nəticədə ağızdan üfunətli qoxu hiss olunur və ağız ətrafında yaralar (stomatit –ağızın selikli qişasının iltihabı) əmələ gəlir.
Burnun selikli qişasının xroniki iltihabı (rinit): ağızdan xoşagəlməyən qoxu allergik rinit zamanı müşayiət olunur. İybilmə qabiliyyətinin kəskin zəifləməsindən uşaq bu qoxunu hiss etmir. Burnun selikli qişasında qabıqlar yaranır, quruluq hiss olunur, “dolmaq” və burun keçəcəyində genişlənmə baş verir.
Həzm və biliar sistemin xəstəlikləri: ağızdan pis qoxu həzmin pozulması, mədə şirəsinin turşuluğunun azalması, qaraciyər sirrozu kimi mədə-bağırsaq xroniki xəstəliklərində yarana bilər. Həmçinin qalay, civə, yod və vismutla zəhərlənmə hallarında da yaranır.
Qida rasionunda soğan və sarımsaqdan istifadə etdikdə də belə hal baş ver.
Oxu24.com
ŞƏRHLƏR