Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112946
az

Corabınızın içərisinə soda tökün və geyinin - Görün,hansı xəstəliyi müalicə edirmiş

18:5424 İyun, 2024
125
TİBB
  • A

Niyə corabın içinə soda qoyurlar? Bu müalicə üsulunu heç eşitmisizmi? Sən demə Sodalı corabla yatmaq birbaşa ayaq dərisinə və topuğa təsir edir. Ayağa qan axını sürətləndiyi üçün bəzi xəstəliklər məhz sodalı corab geyindiyimiz zaman sağalırmış. Bəs bu müalicə üsulu necə tədbiq edilir? Hansı xəstəlikləri sağaldır? Videomuza sona kimi baxsanız, ətraflı məlumat verəcəm. Siz də bu videonu yaxınlarına göndərərək onların sağlamlığını qoruyun. Hamımız bilirik ki, ayaqlarda akupunktur ustalarının bütün orqanların və sistemlərin sağlamlığını yaxşılaşdırmaq üçün istifadə etdiyi refleks nöqtələri var. Sodalı corab geyindiyimiz zaman ayaqlarımız, bir növ, mikromasaj edilir. Ayaqlarımızdakı qan dövranı yaxşılaşır. Sodalı corab geyindikdən bir az sonra ayaqlarda qıcıqlanma, iynə batırılma kimi hisslər olursa, sevinməyə dəyər; demək, ayaqlara qan axımı sürətlənir. Sodanın ayaqlara tətbiq etdiyi mikromasaj sayəsində immunitet sistemi aktivləşir. Yeni başlayan soyuqdəymənin və ya burun axıntısının öhdəsindən asanlıqla gəlinir. Sodalı corablar bədəni toksinlərdən təmizləmək və allergik reaksiyaları aradan qaldırmaq üçün ideal vasitədir. Qələvi detoksikasiyaya hər orqanizmin ehtiyacı olur. Əksər hallarda, soda vannası və soda içməklə həyata keçirilir. Soda corabları bu mənada ən asan üsuldur. Xüsusilə, axşamdan qalma olanlara kömək edir. Sodalı corabları istənilən vaxt istifadə etmək mümkündür: gündüz, gecə fərq etmir. Sodalı corab geyinərək yatmağın üstünlüyü ondan ibarətdir ki, biz yatarkən soda bədəndən zəhərli maddələri çıxarmaq üçün intensiv işləyir. Bəli, qələvi detoksikasiya üçün bahalı dərmanlara ehtiyac yoxdur. Üsulun yeganə mənfi cəhəti odur ki, soda corab ilmələrinin arasından evə, yatağa tökülür. Sodalı corablardan nə vaxt istifadə etməli? -soyuqdəymədən, burun axmasından, yüksək temperaturdan xilas olmağa kömək edir; -ayaq və dırnaq göbələklərini müalicə edir; -donmadan sonra dərini bərpa edir; -varikoz damarlarının simptomlarını azaldır; -nevroz və stressdən xilas edir; -infarkt, insult riskini azaldır; -immuniteti artırır; -ayaqlardakı, ümumiyyətlə, orqanizmdəki yorğunluğu aradan qaldırır; -axşamdan qalma vəziyyətdə köməyə çatır; -qida zəhərlənməsi zamanı orqanizmi təmizləyir; Hazırlıq mərhələsi. 2 cüt yun və ya pambıq corab götürün. 1 cütün ölçüsü nisbətən böyük olsa, yaxşıdır. Proseduru gecə yatmazdan əvvəl edəcəksinizsə, sellofana və məhrəbaya da ehtiyac olacaq. 36-370C temperatura malik suya soda tökün. Sonra sodalı corabları hazırlayın. Sodalı corabları hazırlamağın 2 üsulu var: I. Corabları sodalı suda isladın, sonra azacıq sıxın, geyinin. Üstündən sellofan, ardınca da məhrəba ilə ayağınızı sarıyın, yatın. II. Corabları sodalı suda isladın, bu dəfə bərk sıxın. Geyinin. Üstündən nisbətən böyük ölçüdə olan corabları geyinin. Yatarkən ayağınızı yorğanla, yaxud adyalla möhkəmcə bükün ki, ayağınıza soyuq olmasın. Sodalı corab geyinmək istəmirsinizsə, sodalı suya batırılmış cuna ilə də ayağınızı sarıya bilərsiniz. Varikoz damarlar üçün istifadə edilən sodalı corabların boğazı uzun olsa, dizə çatsa, hətta dizi keçsə, yaxşıdır. Lakin burada bir məqam var: varikoz varsa, corabları ilıq suda isladın. İsti su damarların daha da genişləməsinə səbəb ola bilər. Sodalı corabların istifadə müddəti problemdən asılıdır: ü Soyuqdəymə zamanı 1 həftə ərzində günaşırı olaraq sodalı corab geyinmək yetərlidir. ü Göbələk infeksiyaları daha uzunmüddətli prosedur tələb edir. 1 ay ərzində günaşırı sodalı corab geyinin. Sonra 1 həftə fasilə verin, təkrar 1 ay sodalı corab geyinin. ü Yorğunluğu aradan qaldırmaq və stressdən qurtulmaq, özünü yaxşı hiss etmək üçün yalnız 1 dəfə sodalı corab geyinmək kifayətdir. Stress uzanırsa və ya həddindən artıq gərginlik yığılıbsa, həftədə 2-3 dəfə proseduru həyata keçirə bilərsiniz. ü Bədəni detoksikasiya etmək üçün də 1 həftə sodalı corab geyinmək bəs edir. Əks göstərişlər. Sodalı corabların əks təsiri yoxdur. Hamilələr, yaşlılar belə, sodalı corabları ürəklə geyinə bilərlər. Yalnız sodaya qarşı fərdi həssaslığı olan insanlar sodalı corab geyinməkdən ehtiyat etməlidirlər. Bədəndə qələvilik normadan çoxdursa, sodalı corablar qıcıqlanma, qaşınma verə bilər. Əgər bu simptomları yaşadınızsa, sodalı suya bir neçə damcı alma sirkəsi qatmalısınız. Sodalı corablar ayaqların gözəlliyi üçün də vacibdir. Pedikür edilmiş ayaqlara geyinilən sodalı corablar ölü dəri hüceyrələrinin təmizlənməsini təmin edir. Ayaqlardakı problemli nahiyələri soda ilə ovxalamaq da faydalıdır. Gün ərzində 3 saat sodalı corabla gəzmək yetərlidir. Gecəni sodalı corabla yatmağın faydası daha çoxdur. Ayaq dərisinin sağlamlığı və təmizliyi üçün 5 gün ard-arda sodalı corab geyinmək kifayətdir. Bəzi hallarda prosedur 10 gün də çəkə bilər.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Corabınızın içərisinə soda tökün və geyinin - Görün,hansı xəstəliyi müalicə edirmiş
Qaraciyərin Öldüyünü Göstərən 9 Əlamət! AYAQLARA DİQQƏT
Barmaqlarınızda uyuşma var? - Bu xəstəliyin əlaməti ola bilər

Çin alimlərinin kəşfi

18+

Öldürülən Turalla bağlı şok detal: Qız haqda nə deyibmiş? (18+video)
Süpürgəçi qızı maşın vurdu
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Corabınızın içərisinə soda tökün və geyinin - Görün,hansı xəstəliyi müalicə edirmiş
10 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb