Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10685
az

Səbrim daşdı, ürəyim partlayır, başım şişdi, qanım qaraldı- Xəstəlik yaradan sözlər

18:2108 Mart, 2019
1145
TİBB
  • A
 
Alman psixoterapevti Nossrat Pezeşkian ilk dəfə olaraq bədəndə xəstəlikləri proqramlaşdıran sözlər üzərində araşdıraraq,onları təyin edib. İnsanı daxildən parçalayan, xəstələndirən bu sözləri çoxumuz gündəlik səsləndiririk.

Həkim bu kimi sözləri parazit adlandıraraq, Orqanik nitqə aid olduğunu bildirib.
Orqanik nitq – insanın fizioloji orqanlarına birbaşa təsir edən söz və cümlələrdir. Hansı ki, bu sözlərin mənfi və dağıdıcı enerjisi vardır.
Elə sözlər var ki, maskalanıb, ilk baxışdan qorxulu da səslənmir.

Medicina.az həmin sözləri təqdim edir:

-Səbrim daşdı, ürəyim partlayır, başım şişdi
-Cana yığılmışam
-Havam çatışmır
-Suyumu sıxdılar
-Qanımı qaraltdılar
-Ürəyim bulandı
-Ürəyimə bıçaq saplanıb
-Boynumda oturublar
-Bezdirdilər

Bizə elə gəlir ki,biz keçirdiyimiz hissi, narazılığı belə metafora şəklində sadəcə ifadə edirik, əslində isə bədənimizə dəqiq komandalar vermiş oluruq. Bədən isə elə proqramlaşıb ki, sahibinin əmrini yerinə yetirməməyə ixtiyarı yoxdur.

Əgər siz xəstəsinizsə, müalicə alırsızsa, zəifsinizsə, bu sözlər xəstəliyinizi daha da möhkəmlədir, sağalmanıza imkan vermir, yeni-yeni xəstəliklər gətirir.
 
Diqqət yetirin, əgər bu fikirləri tez-tez işlədirsizsə, deməli sizdə bu xəstəliklər var və ya yaranacaq.

-Ürəyim bulandı, boğaza kimi doymuşam, ürəyim əsdi – Sinir anoreksiyası
-Problemlər boğaza kimidir, boynuma oturublar – Ostexondroz
-Həyatımı zəhərlədilər, özüm-özümə aid deyiləm, ölsəydim canım qurtarardı – Xərçəng
-İçim özümü yeyir, həzm edə bilmirəm ( kimisə, nəyisə) – Mədə-bağırsaq xorası
-Gücüm yoxdur, böyrəklərim daşdır, beynimə vurdu, ölümünə yorulmuşam – Uroloji xəstəliklər: böyrək, sidik kisəsi
-Qanımı içdilər, suyumu çıxardılar – Qan xəstəlikləri
 


-
 
-Ürəyim parçalandı, ürəyimdən vuruldum, hər şeyi ürəyimə salıram – Ürək xəstəlikləri, miokard, infarkt
-Baş sındırıram, başımı divara döyürəm, baş ağrısıdır – miqren, baş ağrısı
-Səbrim daşdı, partladı, istidir – Hipertoniya

-Sevinmirəm, hər şey acıdır, bu nə həyatdır, xoş gün yoxdur – qaraciyər, öd xəstəlikləri
-Gözüm görməsin, gözüm yoruldu, baxmağa qorxuram – Göz xəstəlikləri
-Eşitmək istəmirəm ( kimisə, nəyisə), Qulağım kardır, danışma, sus, səsin kəsilsin- qulaq problemləri
-Bədənim əsdi, sıxılıram, əsəbləşdirir, boğur, dözə bilmirəm – depressiya

Fərqi yoxdur, siz bunları kiməsə, nəyəsə, konkret əsəbləşdikdə deyirsiz, ola bilər, həmin hadisə vaxtı bu sözləri deməyə səbəbiniz var, amma istənilən halda, belə sözlərin aktiv olaraq, ayda 10 dəfədən artıq səslənməsi artıq xəstəliyinə start verilməsi deməkdir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Evli cütlüklər arasında intim əlaqə zamanı bunlar haramdır -İslamdan seçmələr
40 yaş və üstü olan kişilər - Bu videoya MÜTLƏQ BAXIN!
Həm oğlan, həm qız doğulan uşaqlarla bağlı həkimdən vacib açıqlama

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ