Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10401
az

Sınanmış hepatit resepti - 24 günə qaraciyərinizi təmizləyəcək

23:1427 Fevral, 2019
815
TİBB
  • A
Hepatit xəstəliyinin xalq təbabəti vasitəsilə müalicəsi mümkündür.

Oxu24.com medicina.az-a istinadən bu xəstəliklə bağlı sınanılıb nəticə əldə edilmiş resepti təqdim edir:

Eyni ölçülü 3 ədəd limonu alın. Hər gün onun birindən istifadə edin.
 
1-ci gün bir limonun şirəsini sıxıb çıxarın. Üzərinə 1 ç/q çay sodası əlavə edin. Qarışdıraraq səhər yeməyindən əvvəl acqarına için. Bunu 3 gün təkrarlayın.
Daha sonra aşağıda göstərilən limon tərkibli digər reseptlərdən istifadə etsəniz daha effektli nəticə əldə edə bilərsiniz.

1) 2 ədəd limonun şirəsini 2 diş əzilmiş sarımsaqla qarışdırın. Yeməkdən 2 saat sonra 1 ç/q qəbul edin.
 
2) 6 ədəd limonun hər birini 4 hissəyə ayırın. 24 ədəd əncir qurusunu yarıya bölün. 1 x/q rəvənd kökünü və 0,5 ç/q zəy ilə qarışdıraraq üzərini örtənə qədər sirkə əlavə edin. Əncir və limon sirkəni özünə hopdurana kimi təxminən 2 sutka saxlayın.
 
Gündə 3 dəfə yeməkdən 20 dəqiqə əvvəl 1 dilim limon və 2 dilim əncir yeyin. Müalicə kursunun müddəti 24 gündür. 2 həftə fasilə verdikdən sonra təkrar etmək olar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?