Qaynar xətt:

(+99450) 247 90 86

Hamiləlik testlərindən istifadə edəndə bu səhvlərə yol verməyin - Nəticə səhv olacaq!

2019-02/1550521393_731623.jpg

TİBB

1395

19.02.2019, 00:22

\"\"  Müasir hamiləlik testləri çox dəqiqdir. Lakin bəzi adi səhvlər nəticəyə təsir edə bilər.
1. Vaxtı keçmiş testlərdən istifadə etməyin Hamiləlik testini alanda mütləq onun yararlıq müddətinə fikir verin. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, vaxtı keçmiş testlər düzgün olmayan nəticə verə bilər. 2. Ucuz testlər səhv nəticə verə bilər 3. Testi səhər edin Test qanda hamiləlik markeri olan xorionik qonadotropin hormonunu təyin edir. Sidiyin konsentrasiyası yüksək olanda bu hormonun səviyyəsi də yüksək olur ki, test daha dəqiq nəticə göstərir. 4. Testin nəticələri 5 dəqiqə ərzində qiymətləndirilir Bəzi qadınlar testin nəticəsini saatlarla \"gözləyir\". Bu səhvdir. 5. Bəzi dərman preparatları testin nəticəsinə təsir edə bilər Əgər siz sidikqovucu, yuxu dərmanı, trankvilizator, allergiya əleyhinə, sonsuzluğa qarşı preparatları qəbul edirsinizsə, hamiləliyi təyin etmək üçün laboratoriyaya müraciət edin. Bu dərmanların qəbulu ev testlərinin nəticəsinə təsir edə bilər.     6. Testi vaxtından tez etməyin Bəzi qadınlar testi menstruasiya günündən çox əvvəl edir. Bu da səhvdir. Testi menstruasiya günü edin.