Qaynar xətt:

(+99450) 247 90 86

İnsult 1 ay öncədən gələcəyini belə xəbər verir – Bədənin 5 siqnalı

2019-02/1550413557_bas.jpg

TİBB

999

17.02.2019, 18:25

\"\" Beyin qan dövranı pozulmasının ağır patologiyası olan insult 2 cür olur: işemik –hemorragik. İşemik insult daha geniş yayılıb və beyindəki arteriyaların bloklanması nəticəsində baş verir. Dünyada insan ölümünə səbəb olan birinci yerdə olan insult beynin lazımi qədər qan və oksigen almaması ilə başlayır.
Tibb və elm insultun qəfildən gəlib, insanı hazırlıqsız yaxalaması barədə məlumat verir. Lakin xəstənin anamnezi, bir çox araşdırmalar göstərdi ki, insult heç də qəfildən gəlmir, ən azı 1 ay, 2 həftə öncədən bəzi simptomlarla, bədəndə dəyişikliklərlə özünü göstərir. Oxu24.com insultun xəbərdaredici simptomlarını təqdim edir. Xüsusən şəkərli diabet, yüksək təzyiqi olanlar bunlara diqqətli olsunlar. {banner_reklam} 1.Əvvəlkindən daha çox yuxululuq, apatiya 2.Qəfi, səbəbsiz yorğunluq 3.Bədən hərarətinin enub –qalxması 4.Başgicəllənmələr, miqrenəbənzər tutmaların artması 5.Təzyiqin qəfil qalxıb-enməsi 6.Nİtqdə bəzi dəyişikliklər, sözlərin tələffüzündə qəribəlik, nitqin ləng olması 7.Dadbilmə, qoxubilmənin itməsi 8.Dəridə, əl-ayaqda uyuşmalar 9.Dəridə hissiyatın pozulması 10.Səslərə qarşı həssaslıq 11.Görmədə ikilik 12.Yaddaşın pozulması, adların xatırlana bilməməsi, əşyaların yerini unutmaq, insanları tanımamaq 13.Yerişdə dəyişiklik, tez-tez səngirləmək Əgər özünüzdə bu simptomlardan azı 5-7-si varsa, təcili nevroloqa müraciət edib, baş-beyni yoxladın.