Müğənni Samir Bağırov “Diva” titulunun yeni sahibinin Səmra Rəhimlinin olması barədə yazdığı şərhə aydınlıq gətirib.
Oxu24.com xəbər verir ki, sənətçi mətbuata yaydığı açıqlamada gənc ifaçını ruhlandırmaq üçün belə addım atdığını qeyd edib:
“Potensialının olduğuna əmin olduğum yeganə gənc və gözəl xanımdır. Bu şərhim məhz onu bu yolda ruhlandırmaq və hər zaman ona olan dəstəyimi bildirmək üçün idi. Hazırda illərdir dostum olan Aygün Kazımovanın şou -biznesin divası olduğunu hər kəs bilir. Onun yeri əvəzolunmaz, doldurulmaz və dəyərlidir. Bu yazılanlar isə sadəcə əsassızdır”. Oxu24.com
ŞƏRHLƏR