Qaynar xətt:

(+99450) 247 90 86

Məşhur aparıcımız tezliklə öləcəyini düşünüb, ailəsinə son sözlərini yazdı - FOTO

Məşhur aparıcımız tezliklə öləcəyini düşünüb, ailəsinə son sözlərini yazdı - FOTO

ŞOU-BİZNES

1141

09.04.2022, 17:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Bu halları çox yaşamışam. Hər dəfə əməliyyata gedəndə biləndə ki, belə bir şey yaşayacam, - nə olsun ki, bəlli yaş var, belə şey insanın yaşına, zamanına baxmır". 

Milli.Az xəbər verir ki, bunu Vüsalə Əlizadə aparıcısı olduğu "7 canlı" verlişində deyib.

Xanım aparıcı ağır əməliyyatlar keçirdiyi xatırladaraq, sağ qalma ehtimalı az olduğu üçün ailəsinə yazdığı məktubdan danışıb:

"Həyatda elə şeylər yaşadıq ki, artıq hər şeyə hazıram. Vəsiyyətimi belə artıq yazmışam. İnsan artıq nə qədər güclü olsun ki, onu belə deyəcək qədər gözə alsın. İndiyə qədər mən həmin vəsiyyətimi telefonuma qeyd edib saxlayıram. Vəsiyyətimdə bütün ailəmə, anama, hər kəsə yazmışdım. Bu, bir güvəndir, bir rahatlıqdır. Dedim qoy, hər şey rahat olsun. Həyat budur, gözlə qaş arasındadır. Olmadı belə, oldu elə".

Xatırladaq ki, səhhəti ilə bağlı ciddi problemlər yaşayan Vüsalə hətta bir neçə il əvvəl "Maşın" şounu da özünü yaxşı hiss etmədiyi yarımçıq tərk etmək məcburiyyətində qalmışdı.