Mərhum musiqiçinin ailəsi üçün 10000 manat yardım toplanıldı, avtomobil hədiyyə edildi
31 Oktyabr 2026, 15:38
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
517
05.04.2022, 21:07
"Sənət heç vaxt yaddan çıxmaz. Martda yetərincə işlədim. Tədbirlər də çox idi. Biznesimə görə sənəti unutmaram. İkisi bir-birinə bağlıdır. Günümün çoxu butikdə keçir. Orada hazırlaşıb tədbirə gedirəm".
OXU24.COM xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasındamüğənni Günay İbrahimli deyib. Geyim butikindən danışan sənətçi ünvanına deyilən "Biznesi sənətini geridə qoyub" sözlərinə cavab verib:
"Elə iş var ki, insan onla məşğul olanda zövq alır. Qazandığın pul önəmli deyil. Səhər oyanırsan, gedirsən işə, işçilərin üstündə dayanırsan. Bunun zövqü başqadır, səhnədə olmağın zövqü başqa. Biz müğənni kimi ilin 12 ayı işləmirik. Ona görə də bu biznesi qurdum ki, toy olmayanda onunla məşğul olum. Hətta atelyedə olanda xanımlara geyimləri seçirəm, onlara yardım edirəm ki, nə yaraşar. Qazancın çox və az olması mənə önəmli deyil. Əsas halal və ruzili olsun.
Toylar olmayan vaxt var idi, ancaq martda toy çox oldu. Mənim də hər iki sahədə işim əla getdi. Yeni açılmasına baxmayaraq atelyedən də gəlir gəlir. Biznesi qurandan işlərim rahat gedir.
Komandam da peşəkardır. Məndə şourumdur. Hər müştəriyə özəl geyim tirikir. Hər geyimdən bir ədəd tikirik. Hazır geyimləri də ona görə qoymuşuq ki, xanımların bəziləri tənbəldir. 10 gün əvvəldən gəlib paltar tikdirmirlər. Biz də onların işini rahatlaşdırıb, hazır geyimləri təqdim edirik".
Günay onu da vurğulayıb ki, yaxın günlərdə böyük bir dəfilədə iştirak edəcək:
"Yaz kolleksiyasına hazırlaşıram. Mayda böyük dəfilə olacaq. Bizim butik də iştirak edəcək. Model kimi podiuma çıxmasam da, modelyer kimi çıxacam. Hazırda parçalar xüsusi gətirmişik. Bütün geyimlər fərqli və özəl hazırlanacaq".


23:55 / 31 Oktyabr 2026
538
23:52 / 31 Oktyabr 2026
208
23:44 / 31 Oktyabr 2026
294
23:22 / 31 Oktyabr 2026
86
22:59 / 31 Oktyabr 2026
195
22:32 / 31 Oktyabr 2026
1402
22:31 / 31 Oktyabr 2026
130
21:19 / 31 Oktyabr 2026
134
21:09 / 31 Oktyabr 2026
129
20:59 / 31 Oktyabr 2026
1683
20:51 / 31 Oktyabr 2026
230
20:46 / 31 Oktyabr 2026
124
20:37 / 31 Oktyabr 2026
117
20:33 / 31 Oktyabr 2026
167
20:25 / 31 Oktyabr 2026
104
19:58 / 31 Oktyabr 2026
380
19:44 / 31 Oktyabr 2026
116
19:37 / 31 Oktyabr 2026
103
19:29 / 31 Oktyabr 2026
790
19:28 / 31 Oktyabr 2026
206
19:26 / 31 Oktyabr 2026
303
19:20 / 31 Oktyabr 2026
111
19:20 / 31 Oktyabr 2026
1206
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.