Səhhəti ilə bağlı kədərli təfərrüat üzə çıxdı - Foto
09 Noyabr 2026, 22:34
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
472
23.10.2021, 22:49
"İstərdim ki, ailə tablom içimdəki yaşatdığım formada nəzərimdə qalmalı idi. Əgər yayımlanmasaydı, sirr olaraq qalacaqdı. 21 ildir ailəliyəm, 4 övladımız var. Ailə incə məsələdir. İnsanın özünün dartacağı yükdür. Mən, övladın köməyi, problemlər, ailənin içinin böyük sirridir. Onu rahatlıqla açıb, sosial şəbəkədə parıldatmaq, yalan məlumatlarla ailəyə zərbə gətirmək xoşagəlməz hal oldu".
Bu sözləri Əməkdar artist Fərqanə Qasımova "Onun sirri" proqramında deyib. Xanəndə bir müddət əvvəl həyat yoldaşı Elnur Mövlamovun həbs edilməsi xəbərlərinə münasibət bildirib.
"Yeni ailə qurmuşdum, deyirdilər boşanıb. Belə bir şey yox idi. Bəzən insanlar onları maraqlandırmayan mövzularla maraqlanırlar. Əsas işin mövzusu başqadır. Burada qəhrəman qadından söhbət gedir. Bu əsərin baş qəhrəmanıyam. 21 ildə böyük qəhrəmanlıqlar etmişəm: övladlarım, yoldaşım və getdiyim ailə üçün. Bu gün Fərqanə Qasımovanın verdiyi qurbanlardan, göstərdiyi qəhrəmanlıqlardan, sənətinə görə gecə-gündüz təyyarələrdə uçamaqlarından danışılmadı. Dahi insanın qızı olub, bunu qorumaq, dörd övlad arxasında durmaq çətindir.Nə üçün bunlar qabardılmadı? Ailənin öz sirri olmasaydı ailə olmazdı. Elə qadın var ki, axşam ağlayır səhər gözünü silib heç nə olmamış kimi həyata davam var. Hər zaman şükür edib yaşamaq var. Ailəmi bura qədər qoruyub saxlaya bildim. Allahın dur deyəcəyi bir yer var. Ona görə də əvvəl nə qədər təzyiq, problem olsa da, ailə tablosunu pozmaq istəmədim. Amma... Bir qadın, ana, xanım olaraq özümə borc bildim... Həm də böyük sevgi, mücadilə var idi. Onu etməsəydim yarı yolda qalardım.
İndi ailə dağılmaq kimi bir şey yoxdur: atam, anam, qardaşım, bacım, övladlarım var. Bizimlə yol gedə bilməyən insanlar oldu, onlarla bura qədərmiş. Mən o insanla hər an qopa bilərdim, amma onun uçurumdan düşməsinə göz yuma bilmədim. Ağırlığı çiynimə götürdüm. İnsan qardaşının, atasının, övladının uçurumdan atlamasına necə göz yumar? Mən də onun yanında oldum... Ta ki, o insan əlini qoparıb uçuruma özü düşənə qədər. Dost, ana, ata, yoldaş, bacı oldum. Missiyalarımdan istifadə etdim. Bu gün hər kəs deyə bilər, haqlıyam. Əsl haqq Allahın dərgahındadır. Efirdən istifadə edib kimisə günühkar çıxara, müqəssir deyə bilmərəm. Hər kəs öz müqəssirliyi, günahını anlasa, qurtuluş olacaq".
Qeyd edək ki, E.Mövlamov 9 il azadlıqdan məhrum edilib.
11:39 / 10 Noyabr 2026
1
11:28 / 10 Noyabr 2026
46
11:16 / 10 Noyabr 2026
97
11:04 / 10 Noyabr 2026
65
10:45 / 10 Noyabr 2026
84
10:39 / 10 Noyabr 2026
487
10:32 / 10 Noyabr 2026
87
10:28 / 10 Noyabr 2026
131
10:21 / 10 Noyabr 2026
174
10:17 / 10 Noyabr 2026
111
10:15 / 10 Noyabr 2026
134
10:10 / 10 Noyabr 2026
118
09:50 / 10 Noyabr 2026
556
09:46 / 10 Noyabr 2026
108
09:35 / 10 Noyabr 2026
135
09:26 / 10 Noyabr 2026
187
09:19 / 10 Noyabr 2026
128
08:56 / 10 Noyabr 2026
242
08:46 / 10 Noyabr 2026
363
08:42 / 10 Noyabr 2026
2921
05:37 / 10 Noyabr 2026
167
05:27 / 10 Noyabr 2026
275
04:34 / 10 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.