Təranə Səmədovanın məhkəmədən görüntüləri yayıldı - VİDEO
20 May 2026, 19:29
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
632
21.09.2020, 23:19
Müğənni Nadir Qafarzadə qarmon ifaçısı Gülbahar Şükürlünün son vəziyyətindən danışıb.
Sənətçi ölkə.az-ın əməkdaşı ilə söhbətində G.Şükürlünün vəziyyətinin qənaətbəxş olduğunu deyib.
"Bildiyiniz kimi, Gülbahar xanım Milli Onkologiya Mərkəzində əməliyyat olunub. Əməliyyat çox uğurlu oldu, hazırda vəziyyəti normaldır. Dünən danışdım onunla, övladlarından başqa, sənət dünyasından ancaq mənimlə danışır. Biz hər zaman bir-birimizə dəstək oluruq. Həkimlər ona telefon işlətməyə icazə vermirlər, bütün sosial şəbəkələrdən uzaqdır, çünki Gülbahar xanıma əsəbləşmək, narahatlıq keçirmək olmaz".
Daha sonra N. Qafarzadə xanım sənətçini qınayanlardan da söhbət açıb. O bildirib ki, kimliyindən asılı olmayaraq, darda olan hər kəsə kömək etmək, hər bir insanın vicdan borcudur.
"Biz çətin zamanlarda bir-birimizə dəstəyimizi əsirgəməməliyik. Buna görə mən Gülbahar xanıma dəstək üçün "İnstagram" hesabımdan video paylaşdım. Çoxu buna görə məni qınadı. Bəziləri isə mənə "Onun imkanı var, niyə onun üçün dəstək istəyirsən?" dedi. Yəni bizə xarici düşmənlər lazım deyil, daxilimizdə olan bu insanlar kifayətdir. Bilirsiniz, bu, bir sınaqdır, heç kim bilmir sabah başına nə iş gələcək. Əgər bu insan vaxtında qazanıbsa, sonradan xərcləyibsə, biz buna görə onu qınaya bilmərik. Heç kəs istəməz ki, imkanı ola-ola kimdənsə kömək istəsin. Belə hadisələri görəndə pis oluram. Mənə deyirlər Gülbahar sənin nəyindir ki, belə "əl-ayağa" düşmüsən. Gülbahar ilk əvvəl qadındır, xanımdır, anadır ən əsası mənim ölkəmin vətəndaşıdır. Əgər bir vətəndaşımızın köməyə ehtiyacı varsa, kimliyindən asılı olmayaraq mən hər zaman onun yanındayam. Biz hər birimiz belə olmalıyıq".
Sonda sənətçi G. Şükürlünün əməliyyatında köməklik göstərən həkimlərə də təşəkkürünü bildirib.
"Mən buradan təmannasız Gülbahar xanımın əməliyyatını öz üzərlərinə götürdükləri üçün Milli Onkologiya Mərkəzinin bütün həkimlərinə, başda Cəmil Əliyev olmaqla hər kəsə təşəkkürümü bildirirəm".
Qeyd edək ki, bir müddət əvvəl G.Şükürlünün başında onkoloji şiş aşkarlanmışdı. Maddi durumu yaxşı olmayan sənətçi bir xəstəxanaya getməkdən və əməliyyat olunmaqdan imtina etmişdi.
10:56 / 21 May 2026
4
10:48 / 21 May 2026
19
10:39 / 21 May 2026
97
10:38 / 21 May 2026
35
10:34 / 21 May 2026
33
10:23 / 21 May 2026
37
10:19 / 21 May 2026
42
10:16 / 21 May 2026
42
10:13 / 21 May 2026
90
10:06 / 21 May 2026
52
10:05 / 21 May 2026
43
10:03 / 21 May 2026
172
10:00 / 21 May 2026
49
09:53 / 21 May 2026
43
09:30 / 21 May 2026
50
09:14 / 21 May 2026
126
00:59 / 21 May 2026
256
00:33 / 21 May 2026
274
23:47 / 20 May 2026
160
23:36 / 20 May 2026
319
23:16 / 20 May 2026
313
22:52 / 20 May 2026
257
22:49 / 20 May 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.