Son günlər "Xəzər TV”nin əməkdaşlarının işdən azad olunması ilə bağlı məlumatlara tez-tez rast gəlirik. Bəzi aparıcılar öz istəkləri ilə işdən uzaqlaşdıqlarını desələr də, digərləri ilə bağlı qaranlıq məqamlar mövcuddur.
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı news24.az-a açıqlama verən "Xəzər TV”-nin rəhbəri Murad Dadaşov son hadisələrin yaranma səbəblərini və nədən qaynaqlandığını belə izah edib:
"Hazırda son məsələlərlə bağlı açıqlama vermək çətindir. Çünki bəzi məsələlər var ki, təsisçilərimizlə onları təsdiqləməliyik. Biz "Dalğa”nı inkişaf etdirmək istəyirik ki, gələcəkdə sevilən, seçilən bir kanal olsun. Bu baxımdan hətta bəzi verlişləri "Dalğa TV”-də yayımlamaq fikrindəyik. Hansı verilişlər gedəcək, hansılar qalacaq, bu, pandemiya və reklam bazarı ilə bağlı nüanslardır. Həmçinin, verilişlərin tərtibi məsələsində məlum səbəbdən tamaşaçıları dəvət edə bilmirik. Zaur Kamal və digər aparıcılar öz fəaliyyətlərini davam etdirirlər. Onlar işdən azad edilməyib və tamaşaçılar tərəfindən sevilən simalardır. Sadəcə olaraq həmin şəxslərlə bağlı "Xəzər” Televiziyasında yeni layihələr nəzərdə tutulub”.
Oxu24.com
ŞƏRHLƏR