Qaynar xətt:

(+99450) 247 90 86

Daha bir aparıcı “Xəzər”dən getdi, Leyla Quliyevaya vəzifə verildi

Daha bir aparıcı “Xəzər”dən getdi, Leyla Quliyevaya vəzifə verildi

ŞOU-BİZNES

747

31.08.2020, 11:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xalq artisti Murad Dadaşovun rəhbərlik etdiyi Xəzər TV-nin yeni sezonunda dəyişiklik baş verib. Belə ki, bir neçə gün əvvəl Zaur Kamal, Tarix Əliyev (Tolik), Ağakərim Əbülfəzoğlunun kanalın efirindən uzaqlaşdırılması, Xəzər Media Mərkəzinin nəzdindən yayımlanan Dalğa TV-də tamaşaçı qarşısına çıxacağı barədə məlumat yayılıb.

Oxu24.com "Qafqazinfo”ya istinadən xəbər verir ki, siyahıya "Evdəkilərə salam” verilişinin aparıcısı Aytəkin Mərdanova daxil edilib. O da həmkarları kimi digər kanala transfer olunub.

Bundan əlavə, mart ayından İTV ilə yollarını ayıran Leyla Quliyevanın Xəzər TV-də tutduğu vəzifə də məlum olub. Tanınmış sima kanalda kreativ şöbəyə rəhbər gətirilib.

 

Həmçinin kanala növbəti sezonda yeni simalar da cəlb olunub. ATV-nin siması olan aktyor-aparıcı İslam Mehrəliyev "Xəzər”də tamaşaçı qarşısına çıxacaq.