Qalkinin İstanbuldakı konserti ləğv edildi
24 Oktyabr 2026, 22:14
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1179
03.05.2020, 13:14
Son günlər dünya şöhrətli stilist və vizajist Anar Ağakişiyevin Xalq artisti Röya Ayxanın imici üzərində etdiyi 180 dərəcəlik dəyişimi izləyicilər tərəfindən heyrətlə qarşılanıb.
Bir neçə gün sonra isə stilist Gusik Simonun müğənni Natavan Həbibinin qısa saçlarını parik vasitəsi ilə uzadaraq, dalğavari etməsi Röyanın yeni imicinin birə-bir oxşarlıq olması diqqətdən yayınmayıb.
Hərçənd, Natavan Həbibi sosial media hesabında bu mövzuda yayılan şaiələrin əsassız olduğunu və Röyadan daha öncə etməsini yazsa da, onun bu addımı sosial şəbəkə istifadəçiləri tərfindən birmənalı qarşılanmayıb. Onlar Həbibini Xalq artistini təkrarlamaqda günahlandırıblar.
Oxu24.com xəbər verir ki, qalmaqallı məsələyə Anar Ağakişiyev ATV-də yayımlanan “Birlikdə güclüyük” səhər şousunda qonaq olarkən geniş şəkildə aydınlıq gətirib.
Dünya şöhrətli stilist qarşı tərəfin “Bu imici birinci biz etmişik” iddialarını canlı efirdə yalanlayıb:
“Əslində heç istəməzdim bu cür cılız qalmaqal haqqında danışım. Heç ürəyimcə olmadı bu cür müqayisə. Təklif Röya Ayxandan gəldi. Karantin zamanı söylədi ki, yeni fotosessiya etmək istəyirəm. Cavab olaraq dedim ki, yeni imic dəyişikliyi üçün bir az düşünməliyəm. Röya o müddətdə geyim seçimlərini və digərlərini özü etmişdi. Bir tək qalmışdı saç və makiyaj. Karantində saçla bağlı bir az əziyyət çəkdim, çünki onların satıldığı mağazalar bağlı idi. Mən də bu niyyətlə həmkarlarımdan birinə (Gusik Simon - red.) müraciət etdim. O da məmnuniyyətlə pariki tapıb mənə verdi.
Amma həmkarımdan saç istəməyimə görə çox peşmanlıq çəkdim. Çünki 21 apreldə ondan alıb pariki Röyanın saçlarına taxıb, fotosessiyanı etdik. Həmkarım 25 aprel tarixində bizdən sonra Natavanın saçlarına həmin pariki taxaraq, çəkilişdə istifadə edib. İstəyirdilər ki, bu məsələni elə fırlatsınlar ki, guya biz onlardan sonra etmişik. Xırda, cılız və gülməli qalmaqaldır.

Natavanın hər zaman uzun saçları olub. Röyadan sonra dünya ulduzu Rihanna saçlarını uzadaraq, eyni saç düzümündə kamera önünə keçib. Onda belə çıxır ki, Rihanna Röyadan oğurlayıb? Çox gülməlidir. Belə bir şeylər etməyə heç gərək yox idi.
Qarşı tərəf sözlərimdən incisin və ya inciməsin. Röya ilə Natavan arasında bənzərlik sıfıra bərabərdir. Xalq artisti Roya Ayxan ilə fotosessiyanı ilk biz təqdim etdik. Amma hər iki ulduza taxılan parik eynidir. Qarşı tərəf bunu bilib, etməməli idi”.
19:43 / 26 Oktyabr 2026
30
19:17 / 26 Oktyabr 2026
43
19:00 / 26 Oktyabr 2026
58
18:47 / 26 Oktyabr 2026
69
18:36 / 26 Oktyabr 2026
79
18:20 / 26 Oktyabr 2026
80
18:10 / 26 Oktyabr 2026
74
17:45 / 26 Oktyabr 2026
154
17:01 / 26 Oktyabr 2026
108
17:00 / 26 Oktyabr 2026
316
16:58 / 26 Oktyabr 2026
78
16:46 / 26 Oktyabr 2026
89
16:42 / 26 Oktyabr 2026
77
16:30 / 26 Oktyabr 2026
109
16:17 / 26 Oktyabr 2026
112
16:08 / 26 Oktyabr 2026
268
15:57 / 26 Oktyabr 2026
97
15:50 / 26 Oktyabr 2026
320
15:48 / 26 Oktyabr 2026
159
15:44 / 26 Oktyabr 2026
221
15:41 / 26 Oktyabr 2026
101
15:37 / 26 Oktyabr 2026
79
15:34 / 26 Oktyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.