Zaur Baxşəliyev yenə ATV-dədir
26 Aprel 2026, 22:41
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
828
28.02.2020, 10:15
"Deyirdilər, evini filankəs alıb"
"Məktəbə tez gedib, 16 yaşım olmamış universitetə qəbul oldum. Atam dünyasını tez dəyişdi. Ailəni atam dolandırırdı, çətin vəziyyətə düşdük. Anam rayonda işləyirdi, mənlə qalmırdı. Əziyyətimi heç kimə bildirmirəm, içimdə çəkirəm. Universitetdə hamı görürdü ki, Məleykə, zərif qız, gəlir dərsə, yaxşı oxuyur. Dərs bitən kimi rayona qaçırdım, qohumlarımızın ansamblı ilə toylara gedirdim".
Oxu24.com xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "Şou ATV" verilişində deyib. Aktrisa gənc yaşlarında toylarda müğənnilik etdiyini söyləyib. O bildirib ki, rayon toylarının ən məşhur siması olub:
Həmçinin oxuyun
"Oxuyub, pul qazanıb, gəlib Bakıda kirayə pulumu ödəyir, geyim alırdım. Gənclik illərimdə kinoteatra getməmişəm, sevgi yaşamamışam. Universiteti bitirəndə getdim 1 il rayonda işlədim, hər gün toylara gedirdim, pul yığırdım. Gəlib Bakıdan ilk evimi aldım. Məşhur olandan sonra dedilər, evini filankəs alıb. Yalandır, hər şeyi əziyyətlə əldə etmişəm. İstedadlı aktrisaya obraz verilir. Bunları əziyyətimlə qazanmışam. Hamı məni indiki kimi görür. Problemimi heç kim görməsin, bilməsin istəmişəm.
İstedadı Allah mənə verdi, anam, tamaşaçılar dəstək oldu. O vaxt nə yaşım var idi ki... 17-18 yaşımda gəncliyimi yaşamadım, çalışıb pul yığırdım. Ağlım var idi. Mən də gəlib maşın alardım, özümü göstərərdim. Amma etmədim, birotaqlı ev aldım. Sonra yenə pul yığıb onu ikiotaqlıya dəyişdim. Daha sonra maşın aldım".
00:46 / 27 Aprel 2026
200
00:06 / 27 Aprel 2026
84
23:47 / 26 Aprel 2026
224
23:30 / 26 Aprel 2026
84
22:41 / 26 Aprel 2026
86
22:04 / 26 Aprel 2026
97
21:41 / 26 Aprel 2026
110
21:19 / 26 Aprel 2026
99
20:31 / 26 Aprel 2026
124
19:47 / 26 Aprel 2026
128
19:09 / 26 Aprel 2026
121
19:05 / 26 Aprel 2026
1087
18:54 / 26 Aprel 2026
1781
18:49 / 26 Aprel 2026
98
18:48 / 26 Aprel 2026
157
18:11 / 26 Aprel 2026
127
17:49 / 26 Aprel 2026
128
17:34 / 26 Aprel 2026
67
17:32 / 26 Aprel 2026
189
17:18 / 26 Aprel 2026
107
17:08 / 26 Aprel 2026
111
16:57 / 26 Aprel 2026
100
16:40 / 26 Aprel 2026
275
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.