Ölkədə nə qədər ailəsi dağılan qadın var"
26 Yanvar 2026, 22:27
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
882
06.01.2020, 20:49
Bu gün Azərbaycanın görkəmli müğənnisi Rəşid Behbudovla bağlı yaradılmış "Rashid Behbudov Official" rəsmi Yutub kanalının iki ili tamam olur.
Milli.Az bildirir ki, bu barədə Kult.az-a danışan Rəşid Behbudovun kürəkəni Kamil Şahverdinin dediyinə görə, kanal Rəşid Behbudov Fondu tərəfindən yaradılıb. Kanalı fondun bədii rəhbəri Rəşidə Behbudova və direktoru Kamil Şahverdi idarə edir:
"Müasir dövrdə sosial şəbəkələrin rolunu nəzərə alaraq, Rəşid Behbudov irsinin gələcək nəsillərə Yutub vasitəsilə daha keyfiyyətli şəkildə çatdırmaq məqsədilə bu kanalı yaratmağa qərar verdik. Qısa zaman kəsiyində kanalı ziyarət edənlərin sayı 3 milyon nəfərə yaxındır. Bunu da qeyd edək ki, kanalı 70-ə yaxın ölkədə izləyirlər. Çox maraqlıdır ki, kanal doğma vətənimiz və qardaş ölkə Türkiyədən sonra Rusiya, ABŞ, Almaniya, Qazaxıstan, Ukrayna, Kanada, İngiltərə və İsraildə sevilir və maraqla izlənilir".
Kamil Şahverdi deyib ki, kanalı yaradanda Rəşid Behbudova daha çox yaşlı nəslin baxacağı gözlənilsə də, statistika ortaya fərqli nəticə qoyub:
"İstəyirəm, sizə statistik göstəricini təqdim edim. Kanalı izləyənlərin yaş həddi belədir:
1. 18-34 yaş arası - 61%
2. 35-44 yaş arası - 15%
3. 45-54 yaş arası - 9%
Həmçinin oxuyun
4. 13-17 yaş arası - 3,6%
Kanala indiyə qədər cəmi 90 video yüklənib. Bu, əlimizdə olan materialların cüzi bir hissəsidir. Digər materialların müasir texnoloji tələblərə uyğunlaşdırılması üzərində işlər gedir və hazır olduqca hər həftə bir əsər paylaşılacaq".
Kamil Şahverdi çox ciddi bir problemə də diqqət çəkib:
"Biz bu kanalı yaradanda elə bilirdik ki, hər şey qaydasında olacaq. Amma sonradan gördük ki, dəhşətli mənzərə yaranıb. Təsəvvür edin ki, ən məşhur dünyəvi musiqi platformalarında (Əpl müzik, Spotifi, Şazam, SaundKlod, Amazon, Yandeks müzik və s.) Rəşid Behbudovun mahnıları yerləşdirilib. Dünyanın bir çox ölkələrində bəzi şirkətlər Rəşid Behbudovun ifalarına qanunsuz olaraq lisenziyalar əldə edərək, qeyri-qanuni şəkildə bu platformalarda satış həyata keçirirlər. ABŞ, İngiltərə, Hollandiya, Rusiya, Yunanıstan, Polşa və digər ölkələrdə qeydiyyatda olan bu şirkətlərin Rəşid Behbudovun ifalarına lisenziyanı hansı yollarla əldə etmələri bizə məlum deyil. Bu bir yana, əsas problemlərdən biri də budur ki, bu mahnıların adları dəyişdirilir, müəlliflərin adları saxtalaşdırılır və Azərbaycan musiqi mədəniyyətinə ağır zərbə vurulur".
Kamil Şahverdi artıq məsələlərin həlli üçün Azərbaycan Respublikasının aidiyyəti qurumlarına müraciət olunduğunu bildirib:
"Bu problemlər həllini tapandan sonra "Rashid Behbudov Official" Yutub kanalı daha dinamik inkişaf mərhələsinə qədəm qoyaraq, dünyəvi, meqa kanala çevriləcək və Azərbaycan musiqi mədəniyyətini bütün dünyada daha geniş təbliğ edəcək.
Sonda əsl musiqiyə dəyər verməyi bacaran bütün oxucuları, rəşidsevərləri "Rashid Behbudov Official" Yutub kanalına abunə olmağa və kanalda paylaşılan mahnılara öz fikirlərini yazmağa dəvət edirik".
02:31 / 27 Yanvar 2026
96
02:04 / 27 Yanvar 2026
55
01:56 / 27 Yanvar 2026
64
01:19 / 27 Yanvar 2026
75
01:11 / 27 Yanvar 2026
84
00:59 / 27 Yanvar 2026
58
00:40 / 27 Yanvar 2026
69
00:16 / 27 Yanvar 2026
71
00:08 / 27 Yanvar 2026
255
00:00 / 27 Yanvar 2026
439
23:54 / 26 Yanvar 2026
92
23:40 / 26 Yanvar 2026
1220
23:34 / 26 Yanvar 2026
363
23:28 / 26 Yanvar 2026
100
23:23 / 26 Yanvar 2026
524
23:20 / 26 Yanvar 2026
335
23:18 / 26 Yanvar 2026
291
23:14 / 26 Yanvar 2026
1121
23:05 / 26 Yanvar 2026
108
22:50 / 26 Yanvar 2026
146
22:39 / 26 Yanvar 2026
127
22:27 / 26 Yanvar 2026
108
22:16 / 26 Yanvar 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.