Qaynar xətt:

(+99450) 247 90 86

“Televiziya kazino deyil” – Daha bir aparıcıdan kanallara İRAD

“Televiziya kazino deyil” – Daha bir aparıcıdan kanallara İRAD

ŞOU-BİZNES

125

23.02.2026, 19:45

“Bir neçə televiziya kanalının verilişləri, mütəmadi olaraq istedadı, səsi olmayan müğənniləri dəvət edirlər. Veriliş boyu özləri səviyyədə başqa müğənnilərin qeybətini edir, aparıcıları isə daha çox qalmaqal yaransın deyə onları qızışdırırlar”.

Oxu24.com  xəbər verir ki, bu fikirləri tanınmış aparıcı Nailə İslamzadə bildirib.

Onun sözlərinə görə, 43 illik televiziya fəaliyyəti ərzində indiki vəziyyətlə heç vaxt qarşılaşmayıb:

“Televiziya sadəcə ekran deyil, kollektiv şüurun laboratoriyasıdır. Orada nəyi göstərirsənsə, sabah cəmiyyət onu təkrar edir. Qalmaqal reytinq gətirə bilər, amma reytinq mədəniyyət deyil. Qeybət emosiyanı qızışdırır, amma zövqü tərbiyə etmir. Əgər efir meydanı səsi, sənəti, zəhməti olmayanların bir-birini aşağıladığı platformaya çevrilirsə, bu artıq əyləncə yox, estetik deqradasiyadır.

Həmişə demişəm, indi də deyirəm, televiziya kazino deyil. Dəyər itirərək qazanılan pul, əslində itkidir.

Ölkədə maariflənməyə məsul olan hər kəs, xüsusən media rəhbərləri, bunun məsuliyyətini ciddi düşünməlidir.

Bəzən, tamaşaçılar, 30-40 il əvvəl çəkilmiş verilişlərin videosunu heyranlıqla izləyirlər. Bəs indi bəzi kanallar 30-40 il sonra nə yaratmışdıq, nə ilə yadda qaldıq-deyəcəklər?

Cəmiyyətin zövqü təsadüfi formalaşmır; onu ya yüksəldirlər, ya da ucuzlaşdırırlar. Ekran gələcəyin güzgüsüdür — orada nə göstəririksə, sabah onu yaşayacağıq”.Bakupost.az