5 il əvvəl çıxdığı işə qayıdır?
13 Noyabr 2026, 18:59
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
922
07.02.2026, 15:19
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl "TikTok" platformasında qanunsuz əməllərə yol verən "Velizarofficial" adlı səhifəni idarə edən Salman Məmmədov ("Velizar") həbs edilib.
Oxu24.com Qaynarinfo-ya istinadla xəbər verir ki, fevralın 2-də həbs olunan 1996-cı il təvəllüdlü Salman Məmmədovun məhkəmə ifadəsi məlum olub.
Qeyd edək ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) maddəsi ilə protokol tərtib olunub.
Salman Məmmədov məhkəmə iclasında özünü təqsirli bilərək deyib ki, uzun illər Türkiyədə yaşayıb və sosial mediada canlı yayımlar açıb. Azərbaycana gəldikdən sonra burada da canlı yayımlar açıb və bir neçə blogerlə yarış şəklində oyunlar təşkil edib, nalayiq ifadələrdən istifadə edib. Həmin ifadələrin qadağan olduğunu bilməyib. Bunu bildikdən sonra isə istifadə etməyib. Həmçinin qeyd edib ki, "TikTok"da bir neçə xəstə şəxsin müalicəsi və əməliyyatı üçün pul yığılmasına köməklik göstərib.
O, əməlindən peşman olduğunu bildirib və bir daha belə hallara yol verməcəyinə söz verib. Qeyd olunanları nəzərə alaraq ədalətli qərar verilməsini xahiş edib.
Məhkəmənin hökmü ilə Salman Məmmədov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 30 gün həbs qərarı verilib.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.