Elgizlə Tolik qohum oldu
07 Fevral 2026, 15:58
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
123
07.02.2026, 15:19
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl "TikTok" platformasında qanunsuz əməllərə yol verən "Velizarofficial" adlı səhifəni idarə edən Salman Məmmədov ("Velizar") həbs edilib.
Oxu24.com Qaynarinfo-ya istinadla xəbər verir ki, fevralın 2-də həbs olunan 1996-cı il təvəllüdlü Salman Məmmədovun məhkəmə ifadəsi məlum olub.
Qeyd edək ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) maddəsi ilə protokol tərtib olunub.
Salman Məmmədov məhkəmə iclasında özünü təqsirli bilərək deyib ki, uzun illər Türkiyədə yaşayıb və sosial mediada canlı yayımlar açıb. Azərbaycana gəldikdən sonra burada da canlı yayımlar açıb və bir neçə blogerlə yarış şəklində oyunlar təşkil edib, nalayiq ifadələrdən istifadə edib. Həmin ifadələrin qadağan olduğunu bilməyib. Bunu bildikdən sonra isə istifadə etməyib. Həmçinin qeyd edib ki, "TikTok"da bir neçə xəstə şəxsin müalicəsi və əməliyyatı üçün pul yığılmasına köməklik göstərib.
O, əməlindən peşman olduğunu bildirib və bir daha belə hallara yol verməcəyinə söz verib. Qeyd olunanları nəzərə alaraq ədalətli qərar verilməsini xahiş edib.
Məhkəmənin hökmü ilə Salman Məmmədov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 30 gün həbs qərarı verilib.
Həmçinin oxuyun
18:33 / 07 Fevral 2026
1
18:12 / 07 Fevral 2026
22
18:12 / 07 Fevral 2026
35
18:02 / 07 Fevral 2026
28
17:25 / 07 Fevral 2026
77
16:57 / 07 Fevral 2026
103
16:40 / 07 Fevral 2026
147
16:26 / 07 Fevral 2026
87
16:23 / 07 Fevral 2026
125
16:20 / 07 Fevral 2026
114
15:58 / 07 Fevral 2026
161
15:42 / 07 Fevral 2026
198
15:33 / 07 Fevral 2026
141
14:56 / 07 Fevral 2026
57
14:53 / 07 Fevral 2026
96
14:07 / 07 Fevral 2026
192
14:02 / 07 Fevral 2026
161
13:43 / 07 Fevral 2026
1931
13:40 / 07 Fevral 2026
79
13:08 / 07 Fevral 2026
107
12:48 / 07 Fevral 2026
70
12:46 / 07 Fevral 2026
118
12:45 / 07 Fevral 2026
209
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.