"Paltarımı nə hədiyyə edirəm, nə də satıram" — Aygün Kazımova ilə müsahibə
05 Avqust 2026, 19:59
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
746
17.11.2025, 20:08
Bir neçə gündür müğənni Nura Suri sosial şəbəkə hesabında dövlət konsertlərinə dəvət almaması ilə bağlı paylaşımlar edir.
Oxu24.com Qafqazinfo.az-a istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyinin fəaliyyətindən gileylənən müğənninin paylaşımına bir neçə sənət adamı da qatılıb.
Onlar arasında müğənni Xatirə İslam da yer alıb. O bildirib ki, illərdir Mədəniyyət Nazirliyinin keçirdiyi tədbirlərdə yer almır: “Hər zaman söz-söhbətdən qaçmışam, heç vaxt ürəyimdən keçəni dilimə gətirməmişəm, hər zaman içimdə boğmuşam. Bir gün yəqin ki, içim dağılacaq. Çünki mən danışanda davamını saxlaya bilmirəm, sona qədər vuruşmağa da canım o deyil. Əsəbləşməyin, sizi sevirəm. Mən özüm də 19 yaşından bu yana dünyanın hər bir yerində Azərbaycanı təmsil etməyə getmişəm, çox xidmətlərim olub. Vaxtilə toylarımı atıb, pulsuz dövlət tədbirlərinə gedirdim ki, gələcəkdə bu mənə kömək ola bilər. O zaman 19 yaşım var idi.
Xankəndidə doğulan yeganə ifaçıyam, sənətim də göz qabağında. “Xankəndi” əsərim də milyonların dilində. Bəs niyə Xankəndidə, Şuşada əsas tədbirlərdə mən yoxam? Mən heç vaxt, heç kimə nəyəsə görə danışmamışam, heç kimlə də problemim yoxdur. Amma bir yoldaş kimi sizə lazım olsa, yanınızdayam, hər mənada”.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən bildirildi ki, müğənni özü dəvətlərdən imtina edib: “Son bir il ərzində Xatirə İslam 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Xankəndi şəhər Günü çərçivəsində keçirilən rəsmi tədbirlərə Mədəniyyət Nazirliyi tərəfindən iki dəfə dəvət olunub. Xatirə İslam isə hər iki halda şəxsi səbəblər göstərərək iştirakdan imtina edib.
Mədəniyyət və dövlət əhəmiyyətli tədbirlərə dəvət olunan şəxslərin iştirak qərarı onların öz səlahiyyətidir. Lakin sonradan bu dəvətlərin guya verilməməsi barədə səsləndirilən iddialar əsassızdır və faktların təhrifinə yönəlmiş addım kimi qiymətləndirilir.
İctimaiyyətə yanlış məlumat ötürülməsi, faktların manipulyasiyası və reputasiyaya yönəlmiş cəhdlər qəbuledilməzdir”.
19:12 / 07 Avqust 2026
10
18:59 / 07 Avqust 2026
144
18:55 / 07 Avqust 2026
48
18:48 / 07 Avqust 2026
152
18:43 / 07 Avqust 2026
48
18:15 / 07 Avqust 2026
50
17:59 / 07 Avqust 2026
60
17:37 / 07 Avqust 2026
74
17:35 / 07 Avqust 2026
86
17:15 / 07 Avqust 2026
87
16:59 / 07 Avqust 2026
73
16:45 / 07 Avqust 2026
94
16:31 / 07 Avqust 2026
164
16:31 / 07 Avqust 2026
94
16:30 / 07 Avqust 2026
82
16:17 / 07 Avqust 2026
502
16:17 / 07 Avqust 2026
88
15:57 / 07 Avqust 2026
88
15:55 / 07 Avqust 2026
89
15:26 / 07 Avqust 2026
92
15:12 / 07 Avqust 2026
113
14:55 / 07 Avqust 2026
119
14:49 / 07 Avqust 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.