Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14489
az

“MEGAFUN”da “Həyəcan mövsümü”: Aygün rüzgarı əsəcək

10:1013 İyun, 2019
528
ŞOU-BİZNES
  • A
 
Avropanın ən böyük qapalı əyləncə mərkəzi olan “MEGAFUN” bir-birindən maraqlı layihələrlə ziyarətçilərini sevindirməkdə davam edir.

Belə ki, iyunun 14-də qiymətli hədiyyələrlə zəngin olan “Həyəcan mövsümü” uduşlu lotereyasına start veriləcək. Məhz həmin gündən etibarən “MEGAFUN”ın qonağı olan hər bir şəxs burada əylənmək və istirahət etməklə yanaşı, uduşlu lotereyanın iştirakçısına çevriləcək.

“Bunun üçün nə etmək lazımdır” sualının sadə bir cavabı var. “MEGAFUN” Ticarət və Əyləncə Mərkəzindəki attraksionlarda əylənərkən, mağazalardan alış-veriş edərkən, restoran və kafelərdə ləzzət dolu anlar yaşayarkən, gözəllik salonlarına özünüzə qulluq edərkən xərclədiyiniz hər 50 manatın çekini təqdim edin və lotereya kuponuna sahib olub lotereya iştirakçısına çevrilin. Əmin olun ki, buna dəyər. Çünki  onlarla dəyərli hədiyyələrlə yanaşı, iki “Wolksvagen Polo” avtomobili məhz sentyabrın 14-dək öz sahibini gözləyəcək.


Sizcə, belə möhtəşəm aksiyanın start düyməsinə kim basa bilər? Əlbəttə, Azərbaycan estradasının Divası, Xalq artisti Aygün Kazımova. “Megafun” Aygün Kazımova ilə görüşə gəlmək arzusunda olanların hər biri üçün qucaq açır. Giriş tam pulsuz olsa da, izləyiciləri parlaq və əyləncəli şou gözləyəcək.

Sizi iyunun 14-də və hər gün, hər  zaman “MEGAFUN”da gözləyirik! Gəlin, istirahət edin, əylənin və lotereyada iştirak edərək bir-birindən dəyərli hədiyyələr qazanın!

“Həyəcan mövsümü”nün bütün iştirakçılarına sevinc həyəcanını yaşamağı arzu edirik! Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

""Kurtlar Vadisi" orijinal bir istehsal deyildi" -Kaynarcadan illər sonra etiraf
Cavad Rəcəbov nəvəsini niyə görə bilmir? - VİDEO
Afra Saraçoğlu çox eqoludur, mənə qarşı... -Ülviyyə Xalinbəyova "Yalı çapkını" serialındakı rolundan danışdı

Çinin şimalında 6000 illik yaşayış yeri tapılıb

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Tez-tez sidiyə getmə - Bu təhlükədən xəbər verir
Polisin tutduğu 35 yaşlı qadının şok əməli üzə çıxdı