Babək Niftəliyevə VƏZİFƏ VERİLDİ
25 May 2026, 22:18
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1536
06.10.2025, 11:52
Bir müddət əvvəl onun mahnısından məşhur ayaqqabı brendi Fendi istifadə etmişdi. Biri var, Son illər epizodik də olsa, olduqca baxımlı işlərlə gündəmə gələn Xalq artistimiz Nəsibə Abdullayeva...
Nəsibə Məlik qızı Yarməhəmmədova 11 noyabr 1961-ci ildə Özbəkistanın Səmərqənd vilayətinin Boğişamol məhəlləsində anadan olub. Anası Xalçuçuk Xalimakulova əslən tacik, atası Məlik Yarməhəmmədov isə əslən iranlıdır. Nəsibə Abdullayeva atasını etnik fars hesab edir.
Nəsibə sadə fəhlə ailəsində böyüyüb. Çoxuşaqlı ailədə doğulan Nəsibə evin sonbeşiyi, səkkizinci uşağıdır.
Onun tərcümeyi-halı lap əvvəldən musiqi ilə bağlıdır. Yaxşı musiqi duyumu olan atası bir neçə musiqi alətində gözəl ifa edib. Musiqiyə olan həvəs ondan qızına keçir. Abdullayevlərin evində tez-tez mahnılar səslənir, musiqili saatlar keçirilir.
Nəsibə orta məktəblə yanaşı həm də musiqi məktəbində qarmon sinfinə gedir. Atası qızını musiqi məktəbinə apara bilmək üçün pul yığıb motosiklet alır. Hər gün qızını dərsə aparır, sonra isə onun dərsdən çıxmasını gözləyib evə gətirir.
Orta məktəb attestatını alan Nəsibə xanım Memarlıq və İnşaat İnstitutuna daxil olmaq istəsə də, qəbul imtahanlarından keçə bilmir. Məktəbdə musiqi müəllimi kimi işə başlayır. Bir neçə il sonra Nəsibə Abdullayeva Daşkənd Mədəniyyət İnstitutuna daxil olur.
1980-ci ildə o, Səmərqənd musiqi ansamblında vokalisti kimi fəaliyyətə başlayır. Həmin ildə Nəsibənin mahnılardan ibarət iki albomu işıq üzü görür. “Barı qal” və “Səmərqənd” adlı bu mahnılar Nəsibə Abdullayevanın karyerasında debüt olur.
1980-ci illərdə onun mahnıları yazılmış maqnitofon kasetləri bütün Azərbaycanda məşhur idi. Oxuduğu nəğmələr insanların könlünü oxşayır, məlahətli səsi ürəkləri fəth edirdi. 1986-cı ildə AZ TV-də efirə getmiş konserti isə onu bir gecədə məşhurlaşdıraraq, həmişəlik azərbaycanlıların yaddaşına yazdı.
1987-ci ildə 31 yaşında Nəsibə Özbəkistanın əməkdar artisti adının sahibi olur. Ali təhsil alan vokalçı 1989-cu ildə Özbəkistan Dövlət Filarmoniyasında işə düzəlir.
Müğənni “Qaragöz boy-boy”, “Üzü dönsün bu dünyanın”, “Darıxıram”, “Leyla”, “Bəri gəl” kimi mahnılarla böyük məşhurluq qazanır. Ancaq ona növbəti böyük populyarlığı “Səndən nigaranam” mahnısı gətirir.
Müğənni iki dəfə ailə həyatı qurub. Onun ilk evliliyi 1979-cu ildə 18 yaşında əslən Gəncədən olan gitara ifaçısı Eldar Abdullayevlə olur. 1981-ci ildə onların Ənvər, 6 ildən sonra isə ikinci oğlu Əkbər dünyaya gəlir.
20 ildən sonra müğənninin ailəsində problemlər yaranmağa başlayır. 2000-2002-ci illərdə o, hətta səhnə fəaliyyətinə fasilə verir. Həyat yoldaşı ilə yollarını ayıran müğənni bir müddət tək yaşasa da, ikinci dəfə özündən on beş yaş kiçik olan şəxslə ailə qurur. Müsahibələrində bu barədə deyir:
“Mənim birinci həyat yoldaşım da azərbaycanlı idi. Onun ailəsi Azərbaycanda yaşayırdı. İki oğlumuz oldu, amma bəzi səbəblərə görə ailəmiz uzunömürlü olmadı. Ondan bir neçə il sonra ikinci dəfə ailə həyatı qurdum. Artıq xeyli vaxtdır ki, məni çox sevən bir şəxslə həm kəbin, həm də rəsmi nikahla ailə qurmuşam. O da azərbaycanlıdır. Atası Gədəbəydən, anası Səmərqənddən olan azərbaycanlılardandır. Həyat yoldaşım məndən on beş yaş kiçikdir. Elmi işlə məşğuldur. Əvvəl Cenevrədə, indi isə mənim oğlanlarımla birlikdə Londonda yaşayır. Böyük oğlumun 27, kiçik oğlumun isə 21 yaşı var. İki-üç ay Özbəkistanda qalıram, qalan vaxtı mən də Londonda oluram”.
10:16 / 26 May 2026
1
10:12 / 26 May 2026
20
10:04 / 26 May 2026
44
09:53 / 26 May 2026
54
09:47 / 26 May 2026
45
09:46 / 26 May 2026
114
09:45 / 26 May 2026
58
09:36 / 26 May 2026
200
09:31 / 26 May 2026
44
09:27 / 26 May 2026
137
09:23 / 26 May 2026
103
09:19 / 26 May 2026
53
09:17 / 26 May 2026
60
09:08 / 26 May 2026
93
08:57 / 26 May 2026
385
08:54 / 26 May 2026
68
08:52 / 26 May 2026
60
08:25 / 26 May 2026
158
08:24 / 26 May 2026
164
08:07 / 26 May 2026
75
00:45 / 26 May 2026
126
00:09 / 26 May 2026
169
00:04 / 26 May 2026
365
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.