Qaynar xətt:

(+99450) 247 90 86

Aygün Kazımova şərt qoydu:Zülfiyyə siyahıdan çıxarıldı,Briliantın yeri dəyişdirildi

2019-06/1559663831_19-53-54-178972_05wudklfyp.jpg

ŞOU-BİZNES

1159

04.06.2019, 19:56

\"\"  Xalq artistləri Brilliant Dadaşova və Aygün Kazımova iyulda keçiriləcək \"Jara\" beynəlxalq musiqi festivalının qonaqları sırasında yer alıblar.
Oxu24.com  Axşam.az-a istinadla xəbər verir ki, bir neçə həftə əvvəl adları açıqlanan ifaçıların eyni gündə - iyulun 26-da səhnəyə çıxacağı bildirilmişdi. İllərdir küsülü olan müğənnilərin eyni səhnəni bölüşəcəyi səs-küy yaratmışdı. Bu gün isə festivalın proqramında dəyişiklik edildiyi açıqlanıb. Belə ki, Kazımovanın çıxış edəcəyi tarix dəyişdirilib. Aygün iyulun 26-da yox, iyulun 25-də \"Jara\"da sevənlərinin qarşısına çıxacaq. Dadaşova isə iyulun 26-da festivalda mahnısını ifa edəcək. Bundan əvvəl \"Jara\"ya qatılacaq yerli müğənnilər arasında adı yer alan Xalq artisti Zülfiyyə Xanbabayeva isə siyahıdan çıxarılıb. Onun yerinə isə səhnəyə Əməkdar artist Miri Yusif çıxacaq. Qeyd edək ki, \"Jara\" artıq dördüncü ildir Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçirilir. Gecədə həmçinin Rusiyanın tanınmış incəsənət nümayəndələri çıxış edirlər. {banner_reklam}